24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Basketbol

İspaniya millisinin baş məşqçisi: “Bu, komandanın qələbəsidir”

“Bugünkü qələbəni komandamızın birliyi sayəsində qazandıq. Oyun ərzində etdiyim dəyişikliklərə səbəb zədələr idi”. Futbolxeber.az saytına açıqlamasında bu sözləri İspaniyanın U-17 millisinin baş məşqçisi Santi Denia deyib.

Bakıda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatının 1/4 final mərhələsində İngiltərəni 1:0 hesabı ilə məğlub edən İspaniya yarımfinala adlayıb. İspaniya yığmasının çalışdırıcısı matçın gedişində üstünlüyü əldən vermələrinin səbəbini belə izah edib: “Oyun ərzində məcburi dəyişikliklər etməsəydik, İngiltərə üstünlüyü ələ ala bilməzdi. İnaniram ki, növbəti oyunlarda bu halla üzləşməyəcəyik. Qələbəni Qarsiyanın fərdi ustalığının nəticəsi saymır. Bu, komandanın qələbəsidir. Onun yaxaladığı imkan başqasında olsaydı, yenə də fərqlənəcəkdi”. 

Santi Denia yarımfinal görüşü haqda da danışıb: “Növbəti rəqibimiz Almaniyadır. Bu komanda çox güclüdür. Onlar çempionatın favoritidirlər. Amma hər bir komandanın da zəif cəhəti var. Almanların zəif tərəflərini analiz edəcəyik.  

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30