29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Basketbol

Portuqaliyalı futbolçudan azərbaycanlı jurnalistə sual: “Bunu Ronaldoya görə deyirsiz?”

“Fikrim topu özümdə çox saxlayıb, qol vurmaq deyil. Düzdür, hücumçuyam və oyun tərzim belədir. Amma mənim üçün qol vurmaqdan daha çox, komandamın uğuru önəmlidir”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Portuqaliyanın U-17 yığmasının üzvü Joao Filipe deyib.

Bakıda keçirilən Avropa çempionatının 1/4 finalında Avstriyanı 5:0 hesabı ilə darmadağın edən Portuqaliya millisi yarımfinala yüksəlib.

Görüşdən sonra Joao Filipe jurnalistlərin suallarını cavablandırıb. Azərbaycanlı mətbuat nümayəndələrindən biri - sport7.az saytının əməkdaşı portuqaliyalı futbolçuya “Daşıdığınız 7 nömrəli formanın məsuliyyətini dərk edirsinizmi” sualını verib. Joao Filipe sualı belə cavablandırıb: “Siz bu sualı Kriştianu Ronaldoya görə verirsiz? (gülür). Xeyr, 7 nömrəni mən də geyə bilərəm, başqası da. Daşıdığım nömrə önəmli deyil. Əsas olan komandamızın uğurudur”.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31