16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Basketbol

AVRO-2016-nın bombardiri: “Bu oyunu Azərbaycanla görüşlə müqayisə etmək olmaz”

“Daha əvvəl Azərbaycan yığmasına da 5:0 hesabı ilə qalib gəlmişdik. Çoxları düşünə bilər ki, eynisəviyyəli rəqiblərə qarşı mübarizə aparmışıq. Amma belə deyil. Bu oyunu Azərbaycanla görüşlə müqayisə etmək olmaz”. Futbolxeber.az saytına açıqlamasında bu sözləri Portuqaliyanın U-17 millisinin üzvü, 6 qolla Bakıda keçirilən Avropa çempionatının bombardiri olan Joze Qomes deyib.

Gənc futbolçu yarımfinala yüksələn Portuqaliya yığmasının turnirin favoriti olması fikri ilə razılaşmayıb: “Biz özümüzü favorit hesab etmirik. Hər oyuna ciddi hazırlaşırıq. Məqsədimiz hər matçda qalib gəlməkdir. Növbəti rəqibin bizim üçün heç bir fərqi yoxdur”.

Qomes bombardirlik haqda düşünmədiyini qeyd edib: “4 oyunda 6 qol vurmağım yaxşı nəticədir. Amma vurduğum qollarda komanda yoldaşlarımın böyük rolu var. Çünki onların ötürmələrindən sonra fərqlənirəm. Əsas olan komandamın uğur qazanmasıdır”. 

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30