20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Basketbol

AVRO-2016: "Portuqaliya millisi komanda şəklində güclüdür”

Portuqaliyanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Eliu Souzanın Futbolxeber.az saytına müsahibəsi

- Komandanız Azərbaycanla oyunda olduğu kimi, Avstriya ilə görüşdə də 5 qol vurdu. Bu 2 qarşılaşmadan hansı sizin üçün daha asan oldu?

- Hər iki 2 oyun çətin keçdi. Həm birinci, həm də bugünkü görüşdə asan qələbə qazandığımızı deməzdim. Azərbaycan görüşümüz də asan keçməmişdi. Sadəcə turnirin gedişatı baxımından indi vəziyyət fərqlidi. Çünki hazırda uduzan komanda turnirlə vidalaşır. Üstəlik, bu gün bizi stadionda dəstəkləyən azarkeşlərimiz də var idi. Onların dəstəyi bizə əlavə stimul verdi.

- Belçika ilə oyunda qələbə qazanmağınıza nə mane oldu?

- Həmin oyuna qədər qələbə qazanaraq irəliləyirdik. Belçika ilə görüşün əvvəlində 6 qol şansımız oldu. Lakin onların heç birini dəyərləndirə bilmədik. Matçın ilk 25 dəqiqəsi ərzində hesabı açsaydıq, yekun nəticə tam fərqli olacaqdı. Bundan başqa, heyətdə bəzi dəyişikliklər etdik. Deməzdim ki, o oyuunun bizim üçün əhəmiyyəti yox idi. Sadəcə komandam meydana rahat çıxmışdı.

- 4 oyundan 2-də böyükhesablı qələbə qazanmısınız. Rəqib qapısından mümkün qədər çox qol keçirmək sizin üçün nə dərəcədə önəmlidir?

- Biz istərdik ki, hər oyunun əvvəlində erkən qollar vuraq. Amma bu, hər dəfə alınmır. Oyunun gedişatı həmişə biz istəyən məcrada olmur. Məşqlərdə istədiyimiz hər şeyi edirik. Lakin oyuna çıxanda vəziyyət fərqli olur.

- Komandanızın üzvü Joze Qomes 6 qolla Avropa çempionatının bombardiridir. Onu gələcəyin Nuno Qomeşi hesab etmək olar?

- Dəqiq bir söz deyə bilmərəm. Çox istərdim ki, komandamın hər bir üzvü gələcəkdə ulduz olsun. Lakin Portuqaliya yığması ayrı-ayrı oyunçulardan asılı deyil. Sərəncamımda 18 futbolçu var. Biz komanda şəklində güclüyük.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30