19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Basketbol

Avstriya millisinin baş məşqçisindən etiraf: “Şansımız yox idi”

“Qrup mərhələsində ilk iki oyunda yaxşı çıxış etdik. Amma Almaniya və Portuqaliya ilə əvvəlki rəqiblərimiz arasında səviyyə fərqi böyükdür. Bu oyunlarda şansımız yox idi”. Futbolxeber.az saytına açıqlamasında bu sözləri Avstriyanın U-17 millisinin baş məşqçisi Andreas Heraf deyib.

Bakıda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatında Avstriya yığması mübarizəni dayandırıb. Portuqaliyaya 0:5 hesabı ilə uduzan Herafın yetirmələri yarımfinaldan kənarda qalıb. Buna baxmayaraq, Avstriya yığmasının çalışdırıcısı qeyd edib ki, yetirmələrinə ciddi iradı yoxdur: “Qrup mərhələsini keçmək bizim üçün böyük uğur idi. Bu turnir həm mənim, həm də komandam üçün böyük təcrübə oldu. Portuqaliya ilə komandam arasında səviyyə fərqi böyük idi. Futbolçularım meydanda qaçır, mübarizə aparırdılar, lakin yenə də bu, uğur qazanmaq üçün kifayət etmirdi. Portuqaliya millisinə uğurlar arzulayıram. Qoy, onlar çempion olsunlar”.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30