29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Basketbol

İngiltərə millisinin baş məşqçisi: “İspanları mübarizədən kənarlaşdıra bilərik”

İngiltərənin U-17 millisinin baş məşqçisi Stiven Kuper Futbolxeber.az saytına müsahibə verib.

- Avropa çempionatında mübarizəni davam etdirən 8 komanda arasında İngiltərə yığması da var. Halbuki turnirə məğlubiyyətlə başlamışdınız. İsveçdən alınan yenilgidən sonra qrupdan çıxacağınıza inanırdınız?

- Əlbəttə. Birinci oyunda İsveçə uduzsaq da, komandam yaxşı oynamışdı. Yenilgiyə baxmayaraq, futbolçularım xarakter nümayiş etdirdi. Növbəti 2 görüşdə gözəl oyun sərgilədik. Həm Fransa, həm də Danimarkaya qarşı yaxşı çıxış etdik və lazımi nəticəni qazandıq.

- Danimarka ilə oyuna komandanız çox yaxşı başladı. Amma futbolçular ard-arda qol epizodlarını sağa-sola xərcləyirdi. Buna səbəb nə idi?

- Unutmayaq ki, Danimarka yaxşı təşkil olunmuş komandadır. Xüsusən də müdafiə xətləri güclüdür. Təsadüfi deyil ki, ilk 2 matçda qapılarını toxunulmaz saxlamışdılar. Oyunun əvvəlində epizodları qaçırsaq da, hücumlara ara vermədik və  sonda da lazım olan qolları vurduq.

- Avropa çempionatında bundan sonrakı hədəfiniz nədir?

- Hazırda fikrimizi ancaq növbəti oyuna yönəltmişik. 1/4 finalda İspaniya ilə qarşılaşacağıq. Rəqibimiz çox güclüdür. Belə bir turnirdə 1/4 finalda ispanlara qarşı oynamaq çox maraqlı olacaq.

- İngiltərə yığması İspaniyanı nəyin hesabına məğlub edə bilər?

- Bunun üçün ilk növbədə öz oyunumuzu göstərməliyik. Biz ispanları mübarizədən kənarlaşdıra bilərik. Komandamızın öz fəlsəfəsi var. Əlimizdən gələni edəcəyik ki, bu dəfə də oyun üslubumuzu ortaya qoyaq.

- Yarımfinalda ilk matçda uduzduğunuz İsveçlə qarşılaşmaq istərdiniz?

- Hazırda məni ancaq növbəti oyun düşündürür. Bu haqda yalnız yarımfinala yüksəldikdən sonra danışmaq olar.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31