17 Aprel 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Basketbol

Azərbaycan millisi Avropa çempionatında 10-cu yeri tutdu

Bakıda 17 yaşadək futbolçular arasında Avropa çempionatında qrup mərhələsinin oyunlarına yekun vurulub. Futbolxeber.az saytının məlumatına görə, qitə çempionu adı uğrunda 8 komanda mübarizəni davam etdirəcək. 8 ölkə isə turnirdə çıxışını başa vurub. Mübarizəni erkən dayandıran 8 yığma arasında Azərbaycan da var.

Qrupda 4 xal toplamasına baxmayaraq, Təbriz Həsənovun komandası pley-offa adlaya bilmədi. Azərbaycan millisi mübarizəni dayandıran 8 komanda arasında ikinci ən yaxşı göstəriciyə malikdir. Belə ki, “C” qrupunda üçüncü olan Danimarka da 4 xalla qrupda qalıb. Danimarkalılar yalnız topların daha yaxşı fərqinə görə yığmamızı qabaqlayırlar. Bu isə o deməkdir ki, Azərbaycan millisi sıralamada Avropa çempionatının 10-cu pillədə başa vurub. Tarixində ilk dəfə qitə çempionatına qatılan yığmamızın İtaliya, Fransa, Ukrayna, Şotlandiya, Serbiya və Bosniya və Hersoqovina kimi yığmaları qabaqlaması heç də kiçik nəticə deyil.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30