19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Basketbol

Prosineçki: “U-17-də bəyəndiyim futbolçuların adlarını çəksəm...”

“U-17 Şotlandiya ilə oyunda yaxşı nəticə qazandı. Oyun baxımından fərqli hissələr gördük”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri əsas millimizin baş məşqçisi Robert Prosineçki deyib.

Avropa çempionatında 3 oyunda 4 xal toplayan 17 yaşadək futbolçulardan ibarət yığmamızın çıxışını dəyərləndirən xorvat mütəxəssis Təbriz Həsənovun komandasından razılıq edib: “Şotlandiya ilə oyunun ikinci hissəsində komanda çox yaxşı mübarizə aparırdı. Futbolçular topu özlərində yaxşı saxlayırdılar. Sonda da komanda layiq olduğu qolu vurdu. Düşünürəm ki, qeydə alınan nəticə düzgün idi. Təəssüflər olsun ki, komanda Portuqaliyaya qarşı zəif təsir bağışladı. Bunun da bir çox səbəbləri var. Rəqibin güclü olması ilə yanaşı, stadiondakı atmosferi də qeyd etmək lazımdır. Azarkeşlərin çoxluğu, stadiondakı ab-hava komandaya böyük təzyiq göstərmişdi. Bununla belə, sonradan futbolçular özlərini göstərə bildilər”.

Prosineçki qeyd edib ki, bu gün U-17-də gələcəkdə əsas millini gücləndirəcək futbolçular var: “Bəli, bugünkü U-17-də gələcəkdə əsas milliyə namizəd olacaq futbolçular var. Bəzi futbolçuları bəyənmişəm. Amma ad çəksəm, həmin oyunçularda arxayınçılıq yarana bilər. Hazırda onlar gəncdirlər. Əvvəlcə peşəkar futbola uyğunlaşmalı, klublarında əsas komandaya cəlb olunmalıdırlar. Daha sonra isə yığmaya dəvət alacaqlar”.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30