18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Basketbol

Hüseyin Seyliqli: “Qrupdan çıxa bilmədiyimiz üçün məyusuq”

“Şotlandiya ilə müqayisədə daha yaxşı oynadıq. Onsuz da qələbə qazanacağımıza əvvəldən inanırdıq. Öz aramızda “bu görüşdə qələbə qazanacağıq” deyirdik. Məşqçilərimiz də bizi oyuna çox yaxşı hazırlamışdılar”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri 17 yaşadək futbolçulardan ibarət milli komandamızın müdafiəçisi Hüseyin Seyliqli deyib.

“Beşiktaş”lı müdafiəçi mübarizəni qrup mərhələsində dayandırdıqları üçün məyusluğunu gizlətməyib: “Qrupdan çıxa bilmədiyimiz üçün məyusuq. Əldən nə gəlir ki? Şanssızlıqla üzləşdik”.

Hüseyin Seyliqli Belçika ilə görüşdə səhv etdiyini vurğulayıb: “Belçika ilə oyunumuz heç-heçə bitdi. Halubki sonda qaçırdığımız şansı dəyərləndirsəydik, yaxud da mən o səhvi etməsəydim, qrupdan çıxardıq. Səhv etdiyimi üçün məyusam. Həmin epizodda sağ ayağımla topu qapıçıya ötürmək istəsəm də, alınmadı”.

Seyliqli Şotlandiya ilə oyunun sonlarında rəqib futbolçularla aralarında yaşanan gərginliyə də toxunub: “Futbolda belə hallar olur. 80-cı dəqiqədən sonra beyinə qan getmir”.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30