25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Basketbol

Təbriz Həsənov: “Təəssüf ki, qrupdan çıxa bilmədik”

"Qələbə qazandığımıza görə hamımız çox şadıq. İkinci hissə bizim üstünlüyümüz şəraitində keçdi. Təəssüf ki, qrupdan çıxa bilmədik. Ancaq bu, futboldur və bütün komandaya təşəkkür edirəm”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Təbriz Həsənov deyib.

Həsənov Bakıda keçirilən Avropa çempionatının qrup mərhələsinin son oyununda Şotlandiya üzərində qazanılan qələbəni belə şərh edib: "Bugünkü oyunda 3 zədəlimiz vardı. Şotlandiya, eləcə də digər komandalar çox sürətlidir. Həm qaçış, həm texnika, həm də düşüncə baxımından üstündürlər. Bu da uşaq vaxtından görülən işdir. Bizdə isə çatışmayan amil budur. Uşaq futboluna diqqət yetirməliyik. Məndən olsa Bakı Olimpiya Stadionunda oynamağa razılıq verməzdim. Belçika ilə oyunda da bir neçə epizod vardı, amma alınmadı. Heç bir komanda bu mərhələyə elə belə gəlmir. Bu təcrübələr də bizim futbolçulara gələcəkdə çox kömək edəcək. İnanırdım ki, qrupdan çıxacağıq. Portuqaliya ilə çətin olacağını bilirdim. Amma 4, 6 xalla qrupdan çıxmağın mümkünlüyünü bilirdim. Yenə də 4 xal yığdıq, amma alınmadı. Oteldə qonaqlar özləri də təəccüblənirdi ki, U-17 Avropa çempionatı bu səviyyədə keçirilmirdi. Sadəcə azarkeş azlığı vardı. Düşünürəm ki, bu turnir Azərbaycan futboluna təkan verəcək. AFFA prezidenti Rövnəq Abdullayev paltardəyişmə otağına gəlib komandanı təbrik etdi".

O, hakim idarəçiliyi haqda fikirlərini bildirib: "Ötən oyunda yüzdəyüz penaltimizi vermədilər. Bu mənim fikrimdir. Başqa oyunlarda da səhvlər olurdu. Hakimlər cavandır. Onları cəlb edirlər ki, gələcək də həmin hakimlərdən istifadə olunsun".

T.Həsənov milliləşdirilən futbolçuların çıxışı ilə bağlı fikirlərini bildirib: "Bizdə belə futbolçu çox deyil. Bu gün ən narazı qaldığım, böyük problemimiz hücum xətdidir. Aprelin əvvəlində Hüseyn və Elçin zədəli olmasından dolayı məşq etmirdi. Onlardan biri oynadı. Ancaq zədələri tam sağalmamışdı. Məcburiyyət qarşısında oynadırdıq. Mərkəz müdafiəçisi də elə belə mövqe deyil. Bildiyim qədər futbolçumuzu artıq bəyəniblər. Murad Mahmudov "Bavariya"nın diqqətindədir və Bernard Lipperdlə əlaqə saxlayıblar. Ancaq başqa nəsə bilmirəm".

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30