19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Basketbol

“İtaliyaya qarşı 1 xal üçün oynasaq, mütləq uduzacağıq”

İspaniyanın U-17 millisinin baş məşqçisi Santi Denia Futbolxeber.az saytına müsahibə verib.

- Komandanız Serbiya ilə oyunda yalnız 1 xalla kifayətləndi. Qarşılaşma haqda nə deyə bilərsiz?

- Hələ əvvəldən oyunun çətin olacağını bilirdik. Matça yaxşı başladıq. Erkən qol da vurduq. Bundan sonra fərqi artıra bilərdik. Amma komandam yaxaladığı şansları boşa verdi. Oyunun həlledici anı kimi ilk yarıda qaçırdığımız şansları qeyd etmək olar. Fasilədən sonra 8-10 dəqiqə ərzində komandamda anlaşılmazlıq yarandı. Rəqib də bundan yaralanaraq penaltidən hesabı bərabərləşdirdi. Sonradan çalışsaq da, qələbə qolunu vura bilmədik.

- Bəlkə erkən qol futbolçularınızı arxayınlaşdırdı?

- Xeyr, belə deməzdim. Çünki ilk qoldan sonra da hücumlarımızı davam etdirdik. Bir neçə qol epizodu yaratdıq. Amma son nöqtəni qoymaq mümkün olmadı.

- Qapınıza təyin olunan penalti epizodu ilə bağlı narazılığınız var?

- Epizodu uzaqdan gördüm, dəqiq qiymətləndirə bilmərəm. Amma hakim belə qərar qəbul edibsə, deməli, penalti idi.

- Qeydə alınan 1:1 hesabını İspaniya üçün uğursuzluq saymaq olar?

- Uğursuzluq deməzdim. Serbiya da güclü rəqibdir. Ona görə də bu komanda ilə heç-heçəni uğursuzluq adlandıra bilmərəm. Əksinə, hakimin final fitindən sonra oyunçularımı təbrik etdim. Həm hücumda, həm də müdafiədə birlik nümayiş etdirdilər.

- Amma matç yekunlaşdıqdan sonra komandanız bir müddət meydanı tərk etmədi. Futbolçularınızın meydanın kənarında əyləşməsi məyusluğun göstəricisi idi, yoxsa...?

- Xeyr, bu məyusluq deyildi. Biz həmişə belə edirik. Oyundan sonra qalıb, futbolçular dartınma hərəkətləri edirlər ki, əzələləri bərkisin.

- Son tur öncəsi yer aldığınız qrupda hər 4 komandanın qrupdan çıxmaq da, qrupda qalmaq ehtimalı da var. Vəziyyəti necə dəyərləndirərdiz?

- Hələ əvvəldən bilirdim ki, belə vəziyyət alınacaq. Çünki bu qrupda güclü komandalar yer alıb və mübarizə sona qədər davam edəcək.  

- Amma İspaniya bu qrupda yeganə komandadır ki, 1/4  finala adlamaq üçün son turda heç-heçə də bəs edir...

- Biz son turda heç-heçə üçün meydana çıxmayacağıq. İtaliyaya qarşı 1 xal üçün oynasaq, mütləq uduzacağıq. Ona görə də futbolçularımı ancaq qələbəyə kökləyəcəyəm. 

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30