20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Basketbol

"Fransa ilə görüşdə müdafiədəki gücümüzü göstərdik”

İngiltərənin U-17 millisinin baş məşqçisi Stiven Kuper Futbolxeber.az saytına müsahibə verib.

- Avropa çempionatındakı ikinci oyunda Fransa yığmasını məğlub etdiniz. 2:0 hesablı qələbəni necə şərh edə bilərsiz?

- Çətin oyun oldu. Fransa millisi güclü komandadır. Müdafiədəki gücümüzü göstərdik. Şadam ki, bu gün qələbə qazandıq.

- Fransa ilə görüş yığmanız üçün son şans idi. Demək olar ki, bu məqam komandanızın qələbə istəyini daha da artırdı?  

- Bəli, bu oyun bizim üçün çox vacib idi. İsveçlə görüşdə uduzmuşduq. Avropa çempionatında yolumuza davam etmək üçün qələbə qazanmalıydıq. Komandam çox yaxşı oynadı.

- Birinci hissədə müdafiədən oynamağınıza səbəb nə idi?

- Fransa topla çox güclüdür. Buna görə də oyunun müəyyən hissələrdində müdafiə olaunmağa məcbur idik.

- İlk oyunda İsveçə məğlub olduqdan sonra komandanızda nə dəyişdi ki, Fransa kimi güclü kollektivi məğlub etdiniz?

- İsveçlə görüşdən sonra heyətdə bəzi dəyişikliklər etdik. Bu da öz bəhrəsini verdi. Üstəlik, Fransa yığmasını çox yaxşı analiz etmişdik. Yekunda da istədiyimiz nəticəni qazandıq.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30