19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Basketbol

Alessandro Dal Kanto “Hollandiyadan zəif deyildik”

İtaliyanın U-17 millisinin baş məşqçisi Alessandro Dal Kanto Futbolxeber.az saytına müsahibə verib.

- Avropa çempionatındakı ikinci oyunda komandanız Hollandiyaya uduzdu. Qarşılaşma haqda nə deyə bilərsiz?

- Fikrimcə, komandam bu gün yaxşı oynadı. Hollandiyadan zəif deyildik. Matç ərzində qol vurmaq üçün 2-3 real şansımız oldu. Uduzduğumuz üçün məyusam. Artıq növbəti oyun barədə düşünəcəyik. Çalışacağıq ki, İspaniyanı məğlub edək.

- Bu məğlubiyyətlə komandanızın qrupdakı vəziyyəti pisləşdi. Necə düşünürsüz, 1/4 finala yüksəlmək mümkün olacaq?

- Bu haqda indidən nəsə demək çətindir. Çünki İspaniya da güclü komandadır. Necə olacağını zaman göstərəcək.

- Hollandiya ilə oyunun gedişində heç-heçə qorumaq barədə düşünürdüz?

- Yox, heç-heçəni düşünmürdük. Qalib gəlmək istəyirdik. Amma turnir cədvəli baxımından heç-heçə də bizə sərf edirdi.

- İtaliya millisi daim müdafiə xəttinin güclü olması ilə seçilib. Amma sizin komandanızda sanki hücum xətti müdafiədən daha güclüdür...

- Müdafiə xəttimizin zəif olması fikri ilə razı deyiləm. Nəzərə almaq lazımdır ki, rəqiblərimiz də güclüdür. Bu gün sərəncamımda Barezi, Maldini kimi futbolçular yoxdur.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30