29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Basketbol

Danimarkanın baş məşqçisi: “Qələbə bizim haqqımız idi”

Danimarkanın U-17 millisinin baş məşqçisi Jan Mikaelsen Futbolxeber.az saytına müsahibə verib.

- Komandanız Avropa çempionatındakı ikinci oyununda İsveç yığması üzərində 2:1 hesablı qələbə qazandı. Qarşılaşma haqda nə deyə bilərsiz?

- Oyun çox gərgin keçdi. İsveç yaxşı oyun sərgilədi. Rəqibin müdafiə xətti güclüdür. Ona görə əks-hücumlardan ehtiyatlanırdıq. Amma komandam sona qədər mübarizə apardı və layiq olduğu qələbəni qazandı. Düşünürəm ki, biz isveçlilərdən daha yaxşı oynadıq.

- Sonradan meydana buraxdığınız futbolçu qol vurmaq oyunun taleyini həll etdi. Ona hansısa xüsusi tapşırıq vermişdiniz?

- Təbii ki, ona xüsusi məsləhətlər vermişdik. Hücumçun sivri hücumunda daha fəal olmağı tapşırmışdım. Çox şadam ki, özünü yaxşı tərəfdən göstərməklə, komandamız qələbə qazandırdı. Onun vurduğu bu qol bizim üçün çox vacib idi.

- “C” qrupunun ikinci oyununda Fransa və İngiltərə milliləri üz-üzə gələcək. Həmin oyundan nə gözləyirsiz?

- Çox maraqlı görüş olacaq. Çünki hər iki komanda favoritlərdəndir. Hər iki komandanı fantastik adlandırmaq olar. Mən özüm də həmin oyuna stadiondan baxacağam. Hər iki komandanın çıxışını canlı görmək istəyirəm. Amma İngiltərə yığmasını daha yaxından izləyəcəyəm. Çünki biz qrupdakı son oyunumuzda məhz ingilislərlə qarşılaşacağıq.

- Fransanın İngiltərəni məğlub etməsi Danimarkaya sərf edir. Bu halda İngiltərə üçün son turdakı oyunun əhəmiyyəti qalmayacaq...

- Bu, bizim ən yaxşı arzudur. Ümid edirəm ki, siz dediyiniz kimi olacaq (gülür).

- Danimarka soyuq ölkədir. Amma Azərbaycanda havalar hazırda istidir. Bu məqam komandamıza çətinlik yaratmır?

- Havanın təsiri olur. Birinci hissədən sonra komandam çox yorğun idi. Fasilədə futbolçularıma dedim ki, siz 80 topa 80 faiz yiyələnirsiz. Siz belə yorulmusuzsa, təsəvvür edin ki, rəqib hansı vəziyyətdədir. Son 10 dəqiqədə isveçlilər çox yorulmuşdular. Düşünürəm ki, qələbə bizim haqqımız idi.

- Güclü komandalarla eyni qrupda yer alan Danimarka millisi 2 oyunda qapısında qol görməyib. Söyləmək olar ki, bu gün komandanızın ən güclü xətti müdafiədir?

- Qol buraxmadığımıza görə təkcə müdafiə xəttini fərqləndirməzdim. 1-ci müdafiəçi mənim hücumçumdur. 1-ci hücumçum isə mənim müdafiəçimdir. Birinci xətdə səhv etsək, o zaman digər mövqelər üçün çətinlik yaranar. Bəli, müdafiəçilərimiz və qapıçımız yaxşı çıxış edirlər. Amma qazanılan uğurda hamının rolu var.

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31