19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Basketbol

Təbriz Həsənov: "Həyatımın ən çətin günləri idi"

"Oyunçularıma təşəkkür edirəm. Bu, bəlkə də həyatımın ən çətin günləri idi. Portuqaliya ilə oyundan sonra futbolçuları bu oyuna kökləmək çox çətin idi. Bugünkü oyun mənim üçün qələbəyə layiq idi". Futbolxeber.az saytına görə, bu sözləri Belçika ilə oyundan sonra 17 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Təbriz Həsənov deyib. 
 
Yığmamızın çalışdırıcısı qeyd edib ki, Portuqaliya ilə oyundan sonra futbolçularının psixoloji durumu qaydasınde deyildi: "Portuqaliyaya məğlubiyyətdən sonra oyunçulardan bəziləri ağlayırdı. Mənim üçün çox çətin idi. Düşünürəm ki, bacardıq. İstəməzdim ki, 17 yaşlı uşağın zəif çıxışına görə kimsə onlar haqda pis söz yazsın. Mənə elə gəlir ki, onlar bu təzyiqi üzərlərindən atdılar. Məni tənqid edən jurnalistə heç nə deyə bilərəm, həmişə qəbul edirəm. Ancaq bu ərəfədə mətbuatı izləmirəm və bunu futbolçularıma da məsləhət görürəm. Bu, futboldur. Portuqaliya ilə oyunda çox böyük təzyiq vardı. Üstəlik erkən qol buraxdıq, üzərlərində böyük gərginlik vardı. Uşaqlar yaxşı oynasa idi, hesab başqa cür ola bilərdi"
 
Təbriz Həsənov qrupdan çıxmaq şanslarını dəyərləndirib: "Şotlandiyaya qalib gəlsək, Portuqaliya da böyükhesablı qələbə qazansda, qrupdan çıxa bilərik. Necə oynayacağımızı zaman göstərəcək. Amma bu futboldur və qələbə üçün meydana çıxacağıq. Bugünkü oyunda şansımız da oldu, amma alınmadı. Buna baxmayaraq sonadək mübarizə aparacağıq və son şansımızdan istifadə edəcəyik. İkinci hissə üçün taktiki gedişlərimiz, əvəzetmələrimiz vardı. Ancaq qapıçının zədələnməsi planlarımızı pozdu. Onun vəziyyətinə aydınlıq gəlib. Məmməd Hüseynovun yüngül beyin silkələnməsi olub və bir müddət futboldan uzaq qalacaq. Qarşımıza qrupdan çıxmaq üçün tələb qoyulmuşdu. Biz də bunun üçün çox çalışdıq. Bəlkə bizim bu mərhələdə təcrübəmiz olsaydı, alınardı. Yoldaşlıq görüşləri ilə rəsmi oyunların fərqi böyükdür".

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30