19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Basketbol

Almaniyanın baş məşqçisi: “Ukraynanın bəxti gətirdi”

Almaniyanın U-17 millisinin baş məşqçisi Meikel Şönveitz Avropa çempionatının ilk turunda Ukraynaya qarşı baş tutan görüşdən sonra Futbolxeber.az saytının suallarını cavablandırıb.

- Komandanız Avropa çempionatının ilk turunda Ukrayna ilə 2:2-lik heç-heçəyə nail oldu. Qarşılaşmaq haqda nə deyə bilərsiz?

- Komandam bu gün yaxşı çıxış etdi. Amma qələbə qazana bilmədik. Fikrimcə, bu gün 1 komanda futbol oynadı, digəri isə yox.

- Demək istəyirsiniz ki, Ukraynanın bəxti gətirdi?

- Bəli, belə demək olar. Həqiqətən də onların bəxtləri gətirdi. Oyun ərzində cəmi 2 şansları oldu, hər ikisində də qol vurdular.

- Almaniya yığmasının əslən azərbaycanlı olan üzvü Renat Dadaşovun çıxışından razı qaldız?

- Renat bu gün yaxşı oynadı. Turnir hələ davam edir. Əminəm ki, çempionatın gedişində o, qollarını vuracaq

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30