19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Basketbol

“Futbolxeber” xatırlatdı, Hollandiyanın baş məşqçisi Bakıda Vaqif Cavadovu axtardı

Hollandiyanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Kees Van Vonderen Futbolxeber.az saytına müsahibə verib.

- Hollandiya millisi Avropa çempionatında “ölüm qrupu”na düşüb. Növbəti mərhələyə yüksəlməyiniz mümkün olacaq?

- Hesab edirəm ki, bütün qrupların tərkibi güclüdür. Bizim üçün maraqlı oyunlar olacaq. Azarkeşlər də gərgin, həyəcanlı qarşılaşmalara şahidlik edəcəklər.

- Komandanızın məqsədi nədir?

- Məqsədimiz qrupdakı ilk 2 yerdən birini tutmaqdır. Fərq etməz, 1-ci, yaxud 2-ci yer.

- Bu turnirdə Hollandiya yığmasının qarşısına hansı tapşırıq qoyulub?

- Əvvəlcə çempionatın iştirakçısı olmağı arzulayırdıq. Bu məqsədimizə çatdıq və buna görə çox şadıq. Oyunçularım bu yarışda təcrübə qazanacaq. Hədəfimiz maksimum dərəcədə irəliləməkdir. 1/4 finala və ya yarımfinala yüksəlib, yüksəlməyəcəyimizi zaman göstərəcək.

- Vaqif Cavadovu xatırlayırsız?

- Vaqif?

- Azərbaycanlı futbolçu. Vaxtı ilə onunla birgə “Tvente”də çalışmısız...

- Hə, yadıma düşdü. Adını bir daha deyin.

- Vaqif Cavadov.

- Xatırlayıram. Çox yaxşı oyunçu idi. “Tvente”də çıxış edirdi. Hazırda o Azərbaycandadır?

- Bəli.

- Biz onunla görüşə bilərik?

- Təbii ki.  

- Onunla görüşmək çox yaxşı olardı. Hansı klubda oynayır?

- “Sumqayıt”da

- Lap yaxşı.

- Vaqif “Tvente”yə böyük ümidlərlə yollansa da, orada möhkəmlənə bilmədi. Problem nədə idi?

- Onun üçün komandaya uyğunlaşmaq çətin idi. Ölkələr arasındakı fərq, dil və s. problemlər ona maneə yaradırdı. Amma məşqlərdə özünü daim yaxşı tərəfdən göstərirdi. Çalışqan futbolçu idi. 

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30