20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Basketbol

AVRO-2016: 180 jurnalist qeydiyyatdan keçdi

UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016-nın jurnalistlər üçün akkreditasiya qeydiyyatı başa çatıb. UEFA U-17 AÇ Azərbaycan-2016-nın Yerli təşkilat komitəsinin media rəhbəri Firuz Abdullanın Futbolxeber.az saytına verdiyi məlumata görə, qitə birincliyini işıqlandırmaq üçün 180 KİV nümayəndəsi qeydiyyatdan keçib. Onlardan 168-si yerli, 12-si əcnəbidir. Əcnəbi jurnalistlər 7 ölkəni - Portuqaliya, Şotlandiya, Bosniya və Hersoqovina, İsveç, İspaniya, Danimarka və Almaniya təmsil edirlər.

Qeydiyyat üçün müddət bitsə də, daha 2 xarici jurnalistə akkreditasiya verilə bilər. Firuz Abdulla qeyd edib ki, yerli jurnalistlədən fərqli olaraq, əcnəbi media nümayəndələrindən qeydiyyat zamanı pasport və iş vəsiqəsinin elektron nüsxəsi də tələb olunur. 2 nəfər isə iş vəsiqələrinin nüsxəsini hələ ki göndərməyib. Boşluq aradan qaldırılsa, onlara da akkreditasiya veriləcək. 

"Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir"




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30