24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

Valentin Xristov: "Avropada ciddi rəqibim yoxdur..."

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında qızıl medal qazanan Azərbaycan ağırlıqqaldıranı Valentin Xristovun Lent.az-a müsahibəsi 

- Artıq ikiqat Avropa çempionusunuz. Hansı hissləri keçirirsiniz? 
- Fikrimcə, yaxşı çıxış etdim. Özüm nəticəmdən razı qaldım. Təxminən 20 gündən sonra – mayın 3-də Perunun paytaxtı Limada keçiriləcək gənclər arasında dünya çempionatında da mübarizə aparmalıyam. Dərhal qarşıdakı çempionatın hazırlıqlarına başlamışam və yenə qızıl medal hədəfləmişəm.

- Budəfəki Avropa çempionatında yeni çəki dərəcəsində çıxış etdiniz. 62 kq çəkidə özünüzü necə hiss etdiniz? 
Bir qədər çətin idi. Çünki ötənilki Avropa və dünya çempionatlarında, eləcə də London Yay Olimpiya Oyunlarında 56 kq-da çıxış etmişdim. Yeni çəkiyə öyrəşmək üçün bir qədər vaxt lazımdır. Amma eybi yox, yenə razıyam. Birdən 137 kq, təkanla isə 175 kq ağırlıq qaldırmaq mənim üçün normal nəticədir.

- Gələcəkdə də 62 kq çəkidə çıxış etməyi planlaşdırırsınız? 
- Bəli. Artıq qərar vermişəm. Bundan sonra 62 kq-da da davam edəcəyəm. Bu çəkidə özümü yaxşı hiss edirəm. Çünki çəki salmıram. 56 kq-da çıxış etmək üçünsə çəki salmalı olurdum.

- Bəs çəki dəyişikliyinə səbəb nə oldu? 
- 56 kq çəkidə çıxış etmək mənə bir qədər çətin idi. Məşqlərə 62 kq-la qatıldığım halda, yarışlar ərəfəsində 6 kq çəki salmalı olurdum. Bu isə mənim üçün çox idi. İndi fərq böyükdür.

- Amma 62 kq çəkidə heç də pis təsir bağışlamayan Zülfüqar Süleymanov var... 
- Süleymanov da hazırkı çempionatda yaxşı çıxış etdi. O, 3 ildir heç bir yarışa qatılmırdı. Zülfüqar da növbəti çempionatlarda daha yüksək nailiyyətlər əldə edə bilər. Elə özü də çıxışından razı qalıb. Hazırda 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına hazırlaşır.

- Bəs yeni çəkidə rəqabət necədir? 
- Mənim üçün Avropa çempionatında ciddi rəqib yoxdur. Ciddi rəqabət dünya çempionatında, olimpiadada olacaq. Həmin yarışlaradək nəticələri daha da yaxşılaşdırmalı, daha çox ağırlığın öhdəsindən gəlməliyəm.

- Albaniyadakı Avropa çempionatında həm də təkanla qaldırma hərəkətində gənclər və yaşı 23-ə qədər olan idmançılar arasında 8 rekord yenilədiniz... 
- Böyüklər arasında hazırkı Avropa rekordu birdən 153 kq, təkanla isə 183 kq-dır. Mən isə müvafiq olaraq, 137 kq və 175 kq nəticə göstərmişəm. Böyüklərin mübarizəsində təkanla qaldırma rekordunu yeniləmə şansım var. Olimpiya rekordu isə 177 kq-dır. Amma bunu Avropa çempionatında göstərməyə gərək yox idi. Perudakı dünya çempionatında yeni rekord müəyyənləşdirə bilərəm. 

- Əvvəllər Bolqarıstan yığmasında çıxış etmisiniz. Bu baxımdan, Bolqarıstan Ağırlıqqaldırma Federasiyası Azərbaycan millisinin heyətində növbəti uğurunuzu necə qarşıladı? 
- Hamı məni təbrik edir, normal münasibət göstərirlər.

- Amma Azərbaycan yığmasında çıxış etmiş həmyerliləriniz Boyanka Kostova, Veliçko Çolakov və İvan Stoitsov icazəsiz ölkəmizi tərk edərək, Bolqarıstan millisinə qayıdıblar. Onların geri qaytarılması üçün vasitəçilik etmirsiniz? 
- Xeyr, mən onlarla danışmamışam. Bu, məni maraqlandırmır, öz işləridir.

- Digər ağırlıqqaldıranlarımızın çıxışları barədə nə deyə bilərsiniz? 
- Zülfüqar Süleymanov barədə danışdım. Ötən gün Sərdar Həsənov çıxış etdi və gümüş medal qazandı. Bu, əla nəticədir. Yarışın ilk günündə isə Silviya Angelova bürünc medala sahib oldu. Onun da nailiyyətini yüksək qiymətləndirirəm. Hazırda Azərbaycan yığması 1 qızıl, 2 gümüş, 1 bürünc medalla ümumi komanda hesabında 1-ci yerdədir. Amma sonadək bu mövqedə qalacağımızı deyə bilmərəm. Çünki Rusiya yığması çox güclü heyətlə gəlib. Qarşıda isə 2 yarış günü var.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30