26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Avstriyalı məşqçi Azərbaycan millisindən getdi

Cüdo üzrə Azərbaycan millisinin baş məşqçisi Peter Zayzenbaher ölkəmizdəki fəaliyyətini başa vurub. Yığmamızın London Olimpiadasında uğursuz çıxışından sonra Ağayar Axundzadəni əvəzləyən 54 yaşlı avstriyalı mütəxəssislə yolların ayrılmasında maliyyə şərtləri rol oynayıb.

Belə ki, Zayzenbaher dünya çempionatında tarix yazdıqdan sonra (Elxan Məmmədov qızıl, Orxan Səfərov bürünc medal) müqavilənin daha 1 il uzadılması gündəmə gəlib. Lakin məşqçinin tələb etdiyi şərtlər federasiyanı qane etməyib. Bu səbəbdən də tərəflər razılığa gələ bilməyərək, vidalaşmağa qərar veriblər.

Qeyd edək ki, Azərbaycana dünya çempionatında ilk qızıl medalı qazandıran mütəxəssis artıq vətəninə yollanıb. Onu yerli məşqçinin əvəzləyəcəyi gözlənilir.

 

 


apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30