25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Digər idman növləri

“İqtisadçı” baş məşqçisini yenə qovdu!

“İqtisadçı” daha bir qeyri-adi addımı ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, həmişə mövsümün gedişində öndə olub, sonda mükafatçılar sırasını tərk edən və ya bürünc medal qazanan universitet komandası mövsümdə ikinci dəfə baş məşqçisini qovub. 

Bakı təmsilçisi türkiyəli Bülənt Karslıoğlunun ardınca tailandlı Kiattiponq Radçataqriaqkraya da qapını göstərib. Onun klubdan kənarlaşdırılmasında “İqtisadçı”nın zəif çıxışı, xüsusilə, 1 tur əvvəl “Lokomotiv”ə 2:3 hesablı məğlubiyyəti əsas rol oynayıb. Çünki asiyalı komandanı qəbul edərkən birinci yerdə olduğu halda, klub hazırda 3-cü pilləyə enib. Qarşıda onları liderlərlə çətin oyun gözlədiyindən isə bu yeri də qoruması heç də asan olmayacaq. 

Artıq Radçataqriaqkranı ölkəsinə göndərən “İqtisadçı” rəhbərliyi ona əvəzləyici də tapıb. Komandanı son 5 oyuna Büləntlə tailandlının köməkçisi olan Fərid Cəlalov çıxaracaq. Yığmamızın 26 yaşlı sabiq kapitanının ilk sınağı isə bu günə təsadüf edəcək. “İqtisadçı” saat 15:00-da autsayder “Lokomotiv Biləcəri” ilə oynayacaq. 

Qeyd edək ki, universitet komandası son mövsümü də titulsuz başa vurmuşdu.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30