19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Digər idman növləri

"Avropa çempionatında zəif komanda yoxdur"

Belçikanın Antverpen şəhərində keçirilən futzal üzrə Avropa çempionatının final mərhələsi çərçivəsində Azərbaycan millisi sabah Sloveniya yığması ilə qarşılaşacaq. Futbolxeber.az-ın məlumatına görə, millimizə dəstək olmaq üçün Antverpen şəhərində olan Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov affa.az saytına açıqlama verib:

“Komandanın qarşısına yüksək vəzifələr qoyulub. İlk işimiz qrup mərhələsindən 1/4 finala yüksəlməkdir. Dünən keçirilən oyunlar göstərdi ki, Avropa çempionatında zəif komanda yoxdur. Xorvatiya millisinin İspaniya yığması ilə heç-heçə etməsi, Sloveniya yığmasnın İtaliya millisi kimi təcrübəli komandanı məğlub etməsi sensasiya oldu.

Azərbaycan millisi Sloveniya yığmasından heç də zəif deyil. Sloveniyalılar İtaliya millisi ilə oyunda 6 əsas futzalçının xidmətindən istifadə etdi. Bəzi oyunçular 40 dəqiqəni əvəz olunmadan meydanda keçirdi. Amma bizim iki güclü heyətimiz var. Bu da həlledici amillərdən biridir. Yəni Sloveniya yığmasını məğlub etmək borcumuzdur.

İtaliya millisinin dünən nümayiş etdirdiyi oyun mənim üçün müəmmalı qaldı. Onlardan bu cür zəif oyun gözləmirdim. İtaliya yığması Avropa çempionatının favoritlərindən biridir. Heyətlərində Avropanın ən güclü klublarında oynayan futzalçılar yer alıb. Onlar potensiallarının cəmi 10 faizindən istifadə edə bildilər. Çətin qrupda yer almışıq. Amma hər şey özümüzdən asılıdır.

Millinin əsas bazasını “Araz” klubu təşkil edir. Bu klubun UEFA kubokunun “Dördlər finalı”na vəsiqə qazanması böyük nailiyyətdir. Ancaq federasiya rəhbəri kimi klubun uğurundan daha çox millinin irəliləməsinə, inkişaf etməsinə çalışmışam. Baş məşqçi və futzalçılarla da bu barədə söhbətimiz olub. Onlara arxayınlaşmamağı tövsiyə etmişəm".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30