16 Aprel 2024, Çərşənbə axşamı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı
XXX turun hakim təyinatları

Digər idman növləri

“Məqsədimiz qrup birinciliyidir”

Yanvarın 31-də Avropa çempionatında ilk oyununu keçirəcək futzal üzrə Azərbaycan milli komandası bu gün Belçikanın Antverpen şəhərində ilk məşqinə çıxıb. Futbolxeber.az-ın məlumatına görə, millimizin baş məşqçisi Joze Alesio Da Silva məşqdən sonra mətbuat nümayəndələrinə fikirlərini bildirib: “Bu il komanda çox yaxşı hazırlıq keçib. Bakıda və Serbiyanın Belqrad şəhərində təlim-məşq toplanışında olmuşuq. Avropa çempionatına istər fiziki, istərsə də texniki-taktiki cəhətdən 90 faiz hazırıq. Buradakı məşqlərlə çatışmazlıqları aradan qaldırmağa çalışacağıq.

Məqsədimiz qrupda birinci yeri tutmaqdır. Məşqlər zamanı oyunçularıma maksimum nəticənin qazanılmasını təbliğ edirəm.

Çoxları Sloveniya yığmasının zəif olduğunu deyir. Ancaq Sloveniya millisi yoldaşlıq oyunlarında bu çempionatın iştirakçısı və favoritlərindən olan Portuqaliya yığmasına qalib gəlib, İspaniya komandası ilə isə heç-heçə edib.

Fikrimizdə minimum yarımfinal mərhələsinə çıxmaq var. Qrupu ilk yerdə yerdə tamamlasaq, o biri qrupun ikincisi kimi Çexiya və ya Xorvatiya yığması ilə qarşılaşa bilərik. Yarımfinalda isə Portuqaliya yığması ilə üz-üzə gəlmək və bu minvalla finala da yüksəlmək imkanımız var. Ancaq qrup ikincisi olsaq, şansımız azalır. Çünki digər qrupda böyük ehtimalla birinci yeri İspaniya millisi tutacaq. Bununla belə, ümidvaram ki, oyunçularım məqsədlərinin nə olduğunu bilir. Komandaların hər biri ilə oynamaq çətindir. Ancaq yaxşı hazırlıq keçsək, istəkli olsaq, istədiyimiz nəticəni qazana bilərik”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30