23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

Xristov Avropa çempionu oldu

Albaniyada kişi və qadınlar arasında keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışın ikinci günündə Azərbaycan millisinin heyətində Valentin Xristovla Zülfüqar Süleymanov (hər ikisi 62 kq) körpücük üzərinə çıxıblar.

Ötən il Türkiyənin Antalya şəhərində keçirilən Avropa çempionatında 56 kq çəki dərəcəsində çempion olan Valentin Xristov Tiranada titulunu qoruyub. Belə ki, Londondakı XXX Yay Olimpiya Oyunlarında bürünc əldə edərək, müstəqillik dövrümüzdə ilk Olimpiya medalımızı qazanan gənc atlet rəqiblərinə bu dəfə də güclü olduğunu göstərərək, ikiqat Avropa çempionu adına layiq görülüb. 

Milliləşdirilmiş legionerimiz birdən qaldırma hərəkətlərinə 133 kq-la başlayıb və uğurla işinin öhdəsindən gəlib. Daha sonra 137 kq sifariş edən idmançımız, bu çəkini də ram edib. Xristov 140 kq-ı qaldıra bilməsə də, bu hərəkətdə Avropa qızılını təmin edib.

O, təkanla qaldırmada da 3-cü yanaşmasından imtina edib. Ancaq Valentin buna qədər qızıl medala sahib çıxıb. Əvvəlcə 170 kq, sonra isə 175 kq-ı ram edən gənc atlet fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 

Təcrübəli Zülfüqar Süleymanov isə uzun müddət diskvalifikasiya üzündən yarışlara qatılmasa da, qayıdışını böyük uğurla qeyd edib. 3 illik fasilədən sonra körpücük üzərinə çıxan Zülfüqar əzmkarlıq nümayiş etdirərək, Albaniyada Avropa çempionatının bürünc medalını boynundan asmağı bacarıb. 

Əslində, bu nəticə onun üçün yad deyil. 2009-cu ildə Rumıniyanın paytaxtı Buxarestdə Avropa çempionatında 3-cü yeri tutan Süleymanov, bir il sonra Minskdəki AÇ-də 2-ci ola bilmişdi.

Onun çıxışına gəlincə, birdən qaldırma hərəkətində Zülfüqar Süleymanov əvvəlcə 127 kq, daha sonra isə 130 kq çəkili ştanqı rahatlıqla başı üzərinə qaldırıb. Ancaq təəssüf ki, idmançımız 132 kq-ı ram edə bilməyib. Bununla da, təcrübəli atlet bu hərəkətdə 4-cü yerlə kifayətlənib.

Təkanla qaldırma hərəkətində Süleymanov daha yaxşı çıxış edib. Baxmayaraq ki, hərəkət onun üçün uğur başlamayıb. 160 kq çəkini yalnız ikinci yanaşmada ram edə bilən təcrübəli ağırlıqqaldıranımız, bunun hesabına bu hərəkətdə bürünc medala sahib çıxıb. Medalı təmin edən atlet 3-cü yanaşmadan imtina edib.

Beləliklə, toplamda 290 kq (130 kq + 160 kq) nəticə göstərən Zülfüqar Süleymanov Avropa üçüncüsü, Valentin Xristov isə 312 kq-la (137 kq + 175 kq) çempion adına layiq görülüblər.

Qeyd edək ki, yarışların ilk günündə milli komandamızın üzvlərindən Silviya Angelova 48 kq çəki dərəcəsində mübarizə aparıb və gümüş medala sahib çıxıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30