23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

“Bakı-2015” Azad Rəhimovu təkzib etdi

“Yanvarın 15-də bir sıra KİV-də şahmatın 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarının proqramına daxil edildiyi haqda məlumatı Oyunların Təşkilat Komitəsi təkzib edir və xəbərin yanlış olduğunu bildirir”. Lent.az-ın məlumatına görə, bu barədə “Bakı-2015” Təşkilat Komitəsinin rəsmi açıqlamasında deyilir.
 
Mətbuat üçün press-relizdə qeyd edilir ki, ilk Avropa Oyunlarının proqramında 18 idman növü - su idmanı, oxatma, atletika, badminton, basketbol 3x3, çimərlik futbolu, boks, kanoe, velosiped idmanı, qılıncoynatma, gimnastika, cüdo, karate, atıcılıq, stolüstü tennis, taekvondo, triatlon, voleybol və güləş yer alacaq. Bunlardan bir çoxunun keçiriləcəyi məkanlarının tikintisi artıq başa çatıb.
 
Xatırladaq ki, şahmatın I Avropa Oyunlarının proqramına salındığına dair açıqlamanı gənclər və idman naziri Azad Rəhimov azərbaycanlı qrossmeyster Vüqar Həşimovun dəfn mərasimində verib: “Şahmat olimpiya növü olmasa da, Avropa Olimpiya Komitəsinin xüsusi qərarına əsasən, karate ilə birgə qeyri-olimpiya növü kimi proqrama salınıb”.  
 
Qeyd edək ki, gələn il iyunun 12-də start götürəcək I Avropa Oyunlarına Avropanın 49 ölkəsindən 5400 idmançı qatılacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30