20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

Dünya çempionu Azərbaycana ərə gəldi...yığmamızı seçdia

Ağırlıqqaldırma üzrə gənclər arasında qazaxıstanlı dünya çempionu Anastasiya Şvabauer Azərbaycan milli komandasına cəlb olunub. Lent.az-ın əldə etdiyi məlumata görə, 20 yaşlı atlet İbrahimli soyadlı azərbaycanlıya ərə getdikdən sonra milliləşdirilib.
 
Cütlüyün toyu bu yaxınlarda olub. Həmyerlimiz perspektivli idmançı ilə ailə qurmaqla, həm də həyat yoldaşının öz ölkəmiz adına uğurlar qazanmasına şərait yaradıb. İndi qazaxıstanlı legioner millimizdə Anastasiya İbrahimli kimi çıxış edəcək. O, yenə 75 kq çəki dərəcəsində qüvvəsini sınayacaq.
 
Azərbaycan Ağır Atletika Federasiyasının icraçı direktoru İsgəndər Əsgərov Lent.az-a açıqlamasında xəbəri təsdiqləyib. O bildirib ki, Anastasiya İbrahimli bir müddət öncə millimizin heyətində məşqlərə başlayıb.
 
Qeyd edək ki, Anastasiya Şvabauer bu il Perunun paytaxtı Limada keçirilmiş dünya çempionatında 75 kq çəki dərəcəsində birdən 98 kq, təkanla isə 126 kq ağırlığın öhdəsindən gələrək, 224 kq ümumi nəticə ilə qızıl medal qazanıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30