25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

Fariz Məmmədov Matias Pelkə qarşı

Təkcə futbol deyil, digər növlərin də inkişafını diqqət mərkəzində saxlayan "Qəbələ" İdman Klubu daha bir layihə reallaşdırmağa hazırlaşır. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk dəfə olaraq doğma məkanda "Qəbələ" və Türkiyənin "Fənərbaxça" boks komandalarını üz-üzə gətirən klub bu dəfə daha möhtəşəm boks matçına ev sahibliyi edəcək. Azərbaycanı və “Qəbələ” İdman Klubunu peşəkar boksda təmsil edən Fariz Məmmədov Avropa çempionluğu uğrunda rinqə çıxacaq. Boksçumuz IBF, WBCA və WBO versiyaları üzrə Avropa kəmərinə sahib olmaq üçün Almaniya təmsilçisi, peşəkar rinqdə məğlubiyyətsiz irəliləyən Matias Pelklə qarşılaşacaq. 12 raundluq döyüş “Eurosport” kanalı vasitəsilə dünyanın 63 ölkəsində canlı yayımlanacaq. Qarşılaşmaya qədər açıq məşqin, boksçuların iştirakı ilə mətbuat konfransının və çəkiölçmə mərasiminin keçirilməsi planlaşdırılır.

Açıq məşq

Açıq məşq dekabrın 9-da Bakıda “Park Bulvar” Əyləncə və İstirahət Mərkəzində keçiriləcək. Məşq saat 19:00-da start götürəcək.

Mətbuat konfransı

Fariz Məmmədov və Matias Pelkin iştirakı ilə baş tutacaq mətbuat konfransı Bakıda “Qafqaz Point” Otelində təşkil olunacaq. Konfrans dekabrın 10-da saat 12:00-da başlayacaq.

Çəkiölçmə

Çəkiölçmə mərasimi Qəbələdə “Qafqaz Sport” otelində baş tutacaq. Dekabrın 13-ü keçirilməsi planlaşdırılan tədbir saat 12:00-da start götürəcək.

Döyüş

Matç dekabrın 14-ü saat 23:00-da Qəbələ Olimpiya İdman Kompleksində baş tutacaq. Qarşılaşma “Eurosport” və “İdman Azərbaycan” kanalı vasitəsilə canlı yayımlanacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30