29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

"Məqsədimiz final oyununa yüksəlməkdir"

Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov affa.az saytına müsahibə verib. Futbolxeber.az həmin müsahibəni təqdim edir:

- “Araz”ın “Dördlər finalı”na yüksəlməsi münasibətilə sizi təbrik edirik. Portuqaliyada keçirilən elit-raund məhələsənin oyunlarını canlı ilzədiniz. Turnir sizin üçün hansı təəssüratlarla başa çatdı?

- Ölkəmizin futbol ictimaiyyətini, futzalsevərləri bu uğur münasibətilə təbrik edirəm. “Araz” Futzal Klubu tarixində ikinci dəfə “Dördlər finalı”na vəsiqə qazandı. Bu, böyük nailiyyətdir. Turnir yüksək səviyyədə keçdi. Təbii ki, oyunlar zamanı gərginlik var idi. Ələlxüsus üçüncü oyunda komandalarla yanaşı, azarkeşlərin də oyuna necə hazırlaşdığının şahidi olduq.

- Komanda cari mövsümdə qarşısına ciddi məqsəd qoyub və artıq ilkin tapşırığın öhdəsindən gəlib. Necə düşünürsünüz, “Araz” elit-raundda potensialından tam istifadə edə bildimi?

- Sevindirici haldır ki, hansısa futzalçını fərdi qaydada fərqləndirmək mümkün deyil. Çünki komanda kollektiv şəkildə yaxşı çıxış etdi. Sonuncu oyuna baş məşqçidən tutmuş inzibatçıya qədər hamı birgə hazırlaşmışdı və 40 dəqiqə ərzində ayrı-ayrı futzalçıların deyil, kollektiv mübarizənin şahidi olduq. Komanda oyunu öz bəhrəsini verdi. Qarşıya qoyulan ilkin məqsədə çatdıq. Bizi qarşıda “Dördlər finalı” gözləyir. Məqsədimiz final oyununa yüksəlməkdir.

- Təşkilatçılığı necə dəyərləndirirsiniz?

- Portuqaliya Futzal Federasiyasının elit-raund mərhələsinin oyunlarına yüksək səviyyədə hazırlaşdığı hiss olunurdu. Çünki burda olduğumuz müddətdə heç bir problemlə üzləşmədik. Buna görə də portuqaliyalı həmkarlarımıza təşəkkür edirik.

- “Sportinq” qrupun top-komandası idi. Üstəlik, oyunların Lissabonda keçirilməsi sizi nə dərəcədə narahat edirdi?

- Dörd komanda - “Sportinq”, Moskva “Dinamo”su, “Barselona” və “Kayrat” cari mövsümdə oyunlara elit-raunddan başlamışdı. Yəni qrupdakı rəqibimiz ötən mövsüm Avropanın dörd ən güclü komandasından biri idi. Oyunların Portuqaliyada keçirilməsi “Sportinq”ə əlavə stimul verirdi. Bütün oyunlara azarkeş dəstəyi altında çıxırdılar. Amma sonda “Araz” sübut etdi ki, uğur oyunçuların fərdi ustalıq keyfiyyətləri ilə deyil, kollektiv şəkildə əldə edilir.

- “Dördlər finalı”nın ölkəmizdə keçirilməsi üçün artıq Bakının namizədliyi irəli sürülüb. Bu sahədə hansı işlər görüləcək?

- Bu həftə UEFA nümayəndələri Bakıya gələcək. Onlar noyabrın 29-da bir neçə idman qurğusuna baxacaqlar. Dekabrın 12-də isə UEFA yekun qərar verəcək. Bu gün ölkəmizdə böyük yarışların təşkili üçün hər cür şərait var. Respublika Prezidenti cənab İlham Əliyev ölkədə idmanın inkişafına böyük diqqət və qayğı göstərir. Bu gün bütün standartlara cavab verən idman komplekslərimiz var. AFFA rəhbərliyi də bu cür yarışların ölkəmizdə təşkil edilməsinə nail olmaq üçün lazım olan şəraiti yaradır. Bunun nəticəsidir ki, paytaxtımız “Dördlər finalı”nı qəbul etməyə real namizədlərdən biridir.

- Qeyd etdiyiniz kimi, “Dördlər finalı”nda Avropanın ən güclü komandaları iştirak edəcək. Bunu nəzərə alaraq, “Araz”ın heyətinin gücləndirilməsi nəzərdə tutulubmu?

- Təbii ki, yarışa ciddi hazırlaşacağıq. Hazırkı heyəti qorumaq şərtilə bir neçə futzalçı “Dördlər finalı”nda iştirak etmək üçün klubumuza dəvət edilə bilər. Əsas heyət oyunçularımızdan Edu iki sarı vərəqə aldığına görə cəzalı vəziyyətdədir. O, birinci oyunu buraxmalı olacaq. Onun mövqeyini gücləndirmək üçün müəyyən işlər görüləcək.

- Millinin əsasını “Araz”ın oyunçuları təşkil edir. Komandanın bu zəfəri millinin Avropa çempionatının final mərhələsi çərçivəsində keçirəcəyi oyunlara nə qədər müsbət təsir edə bilər?

- Portuqaliyadakı elit-raund mərhələsi artıq bir tarixdir. Bakıda döndükdən sonra komandanın istirahət üçün vaxtı olmayacaq. Dərhal milli çempionatın oyunlarına hazırlıq başlayacaq. Bu gündən bütün fikrimiz yığmanın oyunlarına yönəlib. Komanda dekabrda Türkiyədə, yanvarda isə Serbiyada təlim-məşq toplanışları və yoldaşlıq oyunları keçirəcək. Belçikaya Serbiyadan yollanacağıq.

Bu gün Azərbaycanda futzala maraq artıb. Daxili çempionatda 65-ə yaxın  komandanın iştirak etməsi futzalın inkişafından xəbər verir. “Dördlər finalı” Bakıda keçirilərsə, azarkeşlərin tribunaları dolduracağını düşünürəm. Bu da futzalın daha da inkişaf etməsinə təkan olacaq.

- “Dördlər finalı” Bakıda keçirilərsə, bunu “Araz” üçün üstünlük saymaq olarmı?

- Əlbəttə, meydan amili, azarkeş dəstəyi xeyrimizə olacaq. İnanıram ki, “Araz” azarkeş dəstəyi ilə istənilən komandanı məğlub edəcək gücdədir. Hələ “Sportinq”lə oyunda azarkeş dəstəyi əlehimizə olsa da, nəyə qadir olduğumuzu hamı gördü. Yeri gəlmişkən, oyundan sonra “Sportinq” klubunun prezidenti doğma meydanda indiyə qədər belə uduzmadıqlarını bildirdi.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31