24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

Arda Turan: "Sevinirəm ki, ilk Avropa Olimpiya oyunları Azərbaycanda keçiriləcək"

Dünyanın ən izlənilən media resurslarından olan "Euronews" telekanalı 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Olimpiya Oyunlarının təqdimatı ilə bağlı süjet yayımlayır. Futbolxeber.az-ın məlumatına görə, 7 dildə fasiləsiz olaraq yayımlanan Euronews tərəfindən gün ərzində nümayiş etdirilən 2 dəqiqəlik materialda oyunların məramı və Odlar Yurdu Azərbaycan barədə ətraflı məlumat verilir. Kanalın müxbirləri "focus" rubrikasında yer alan videomaterialda Gənclər və İdman naziri Azad Rəhimov, Avropa Olimpya Komitəsinin prezidenti Patrik Hikki, olimpiya çempionu Fərid Mansurov, "Atletiko" Madrid klubunun futbolçuları Arda Turan və David Vilyanın fikirlərini öyrəniblər.

Nazir Azad Rəhimov oyunların böyük hadisə olduğunu bildirir:

"Bu loqotip əhəmiyyətli elementlərdən biridir. Biz bununla Avropaya, oyunları səbirsizliklə gözləyən insanlara önəmli siqnallar veririk. Biz Avropanın bir hissəsiyik, inteqrasiya prosesi tək siyasət və iqtisadiyyatı əhatə etmir. İdman mədəni əlaqələrin ayrılmaz və xüsusi bir parçasıdır".

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki də eyni fikirdədir:

"Oyunların loqotipi həyat dolu rənglərlə zəngindir. O, gənc nəsillərin ruhunu əks etdirir. Əminəm ki, tək Azərbaycan deyil, bütün Avropa gəncləri bunu bəyənəcəklər."

Olimpiya çempionu Fərid Mansurov də maraqlı açıqlama verib:

"Biz öz adımızı idman tarixinin səhifələrinə yazmışıq. İndi isə bu loqotiplə Avropa idmanının bir parçasına çevrilirik. Şübhəsizdir ki, oyunlar möhtəşəm idman bayramı olacaq."

David Vilya:

"İnanıram ki, bu oyunlar Avropada bir çox gəncin fəal idmanla məşğul olmasına təkan verəcək və Olimpiya ruhunun daha da yayılmasına xidmət edəcək."

Arda Turan:

"Sevinirəm ki, ilk Avropa Olimpiya oyunları Azərbaycanda keçiriləcək. Bu oyunlar Avropa xalqların daha da yaxınlaşmasına öz töhfəsini verəcək."

Xatırlatmaq yerinə düşər ki, "Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədovun təşəbbüsü ilə Bakı-2015 oyunarının loqotipi İspaniyanın  "Atletiko" Madrid və Fransanın "Lans" klublarının oyun formaları üzərində titul reklamı kimi yerləşdirilib.

Qeyd edək ki, 2015-ci lin iyun ayında Bakıda keçiriləcək birinci Avropa Olimpiya oyunlarının təşkilat komitəsinin sədri Azərbaycanın birinci xanımı Mehriban Əliyevadır.


fcbaku.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30