Digər idman növləri
Sotomayor karyerasını başa vurdu
Azərbaycan Boks Federasiyasının (ABF) iclası keçirilib.
Futbolxeber.az-ın qurumun saytına istinadən verdiyi məlumata görə, Tokio-2020 Yay Olimpiya Oyunlarının yekunu və növbəti Olimpiya tsiklinə hazırlıqla bağlı təşkil olunan toplantıda qurumun vitse-prezidentləri Süleyman Mikayılovla Rövşən Hüseynov, baş katib Nağı Səfərov, bütün yaş qrupları üzrə milli komandaların məşqçilər korpusu, aparıcı klub və cəmiyyətlərin məşqçi-müəllimləri, həmçinin yığma üzvləri iştirak ediblər.
İclası giriş sözü ilə açan Mikayılov Azərbaycan boksçularının Tokio Olimpiadasındakı çıxışını dəyərləndirib. O komandanın Oyunlara 5 lisenziya qazanmasını yüksək qiymətləndirib: “Bu lisenziyaların koronavirus pandemiyası dönəmində əldə edildiyini nəzərə alsaq, bu, uğurdur. Çünki boksçularımız qaydalara əsasən 2020-ci ildə demək olar ki, hazırlıq keçmədilər. Yalnız zaldan kənarda fiziki məşqlərlə kifayətləndilər. Toplanışlarımız 2021-ci ilə təsadüf etdi. Düzdür, lazımi hazırlığı keçə bilməməyimizə baxmayaraq, biz "Tokio-2020"də daha çox medal gözləyirdik. Təmsilçilərimizdən Alfonso Dominqes fəxri kürsüyə yüksəldi. Amma digərlərinə baxdıqda, Tayfur Əliyevin vyetnamlı boksçu ilə döyüşünü hamı izlədi. İdmançımızın necə mübarizəni dayandırmasının və ya uduzdurulmasının şahidi oldunuz. Dünya çempionumuz Cavid Çələbiyev də eyni halla üzləşdi. Bir dəqiqə belə dayanmadı, amma hakim haqsızlığı səbəbindən yarışla vidalaşdı. Məhəmməd Abdullayevin isə püşkdə bəxti gətirmədi. Özbəkistanlı dünya çempionu ilə qarşılaşdı və rəqib təcrübəsi hesabına mərhələ adladı. Dominqes də finalın bir addımlığında büdrəyərək, bürünc medala sahib oldu. Onun da rəqibi çox titullu və təcrübəli idi. Yalnız Rio olimpiadasının gümüş medalçısı Lorenzo Sotomayor yaxşı işləmədi. Bunu da hamı gördü”.
Vitse-prezident boksda Azərbaycanın Olimpiya tarixinin ən yüksək əyarlı medalçısı, Rio-2016-nın finalçısı olan Sotomayorun artıq milli yığmada çıxışını başa vurduğunu da açıqlayıb. O qeyd edib ki, Avropa Oyunlarında da 2 dəfə fəxri kürsüyə yüksələn 36 yaşlı idmançı artıq karyerasını başa vurub.
Ardınca növbəti Olimpiya tsikli ilə bağlı tapşırıqlarını verən Mikayılov məşqçilər və iclas iştirakçıları ilə fikir mübadiləsi də aparıb. O vurğulayıb ki, tituldan və addan asılı olmayaraq hansı çəki dərəcəsində aşağı yaş qruplarından gələn güclü boksçu varsa, sınaq döyüşlərindən sonra əsas heyət formalaşmalıdır: “Lakin bütün bunlara nəzarəti həmin yaş qrupları üzrə məşqçilər korpusu etməlidir. Mən onlara güvənirəm və inanıram ki, seçimlərini düzgün edirlər. Düzdür, bəzən hansısa söhbətlər yayılır. Amma birmənalı şəkildə deyirəm ki, Azərbaycan çempionatı ilə beynəlxalq yarışlar fərqlidir. Şahidi olduğum hadisəni söyləyirəm ki, ölkə çempionu olan bəzi boksçular xaricə çıxanda öz döyüşünü göstərə bilmirlər. Elə startdaca büdrəyirlər. Yaxud o, hazırlıq dönəmində 4-cü nömrəyə belə uduzur. Bu səbəblərdən baş məşqçilər düzgün seçim etməlidirlər. Uğurlarımızın daha da artacağına böyük ümid edirəm”.
Federasiya rəsmisi komandalarımızla bağlı gələcək planlarını da açıqlayıb. O, məşqçi-müəllimlərə müraciət edərək deyib ki, hələlik çempionatlar keçirilmədiyindən hansının yığmaya layiq bildiyi boksçu varsa, həmin yaş qrupu üzrə baş məşqçiyə məlumat versinlər: “Qarşıda əsas yığmamızı dünya, gənclərdən ibarət millimizi isə Avropa çempionatı gözləyir. Böyüklərdən ibarət komandamız tezliklə hazırlığa başlayacaq. Danışıqlar aparırıq və istəyirik ki, Şamaxı Olimpiya İdman Kompleksini bir növ özümüz üçün bazaya çevirək. Həmçinin planlarımıza rayon və kəndlərdə yeni boks bölmələrimizin açılması daxildir. Bununla bağlı yeni gənclər və idman naziri Fərid Qayıbovla görüş də planlaşdırıram. Gənc boksçularımız isə artıq bugünlərdə yarışa yollanacaqlar”.
Daha sonra çalışdırıcılar çıxış edərək, onları maraqlandıran suallara və problemlərin həllinə cavab alıblar.
ABF-nin baş katibi Nağı Səfərov isə komandamızın Olimpiadaya hazırlıq dönəmindən danışıb. O bildirib ki, ilin əvvəlində Beyləqanda başlayan məşqlər Olimpiadanın startı ərəfəsində İtaliyada yekunlaşıb: “Lakin etiraf etməliyik ki, pandemiya şəraitində məşqlər bəzən planlaşdırdığımız kimi olmadı. Boksçularımız son ildə cəmi 1 beynəlxalq turnirdə iştirak etdilər. Buna baxmayaraq, Olimpiada ənənəmizi davam etdirərək yenə medal qazandıq”.
O, oktyabrda Serbiyanın paytaxtı Belqradda start götürəcək dünya çempionatı barədə də danışıb. N.Səfərovun sözlərinə görə, yeni qaydalara əsasən 13 çəki dərəcəsində gərgin keçəcək yarışın hazırlıqlarına tezliklə start veriləcək. Baş katib bəzi çəkilərdə sınaq döyüşləri üçün məşqçilərə müraciət edib: “Mundial yeni çəki dərəcələrində baş tutacaq. Bu səbəbdən də məşqçilər korpusunun üzərinə böyük yük düşür. Onlar kimin hansı çəkidə döyüşəcəyini müəyyənləşdirirlər. Məsələn, 48 kq-da hansı klubda güclü idmançılar varsa, sınaq görüşləri üçün çalışdırıcıya müraciət etsinlər. Bu digər çəkilərdə də istisna edilmir”.
N.Səfərov sınaq görüşlərindən sonra Amin Kuşkov və Cəbrayıl Yelikovun da hələlik yığmalardan kənarda qaldığını qeyd edib. O vurğulayıb ki, bu boksçular Azərbaycan çempionatında özlərini göstərdikdən sonra yenidən düşərgəyə cəlb edilə bilərlər.
Sonda görüş iştirakçıları ölkə boksunun daha da inkişafı üçün müəyyən fikirlər səsləndiriblər. Problemlər müzakirə olunub, çıxış yolları barədə geniş müzakirələr aparılıb.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Vernidub sabiq futbolçusunu “Neftçi”yə gətirir?
- "Neftçi" Çempionlar Liqasının iştirakçısı ilə qarşılaşacaq
- Joni Montiel: “Qarabağ” hamının məğlub etmək istədiyi komandadır”
- Azər Bağırovdan qələbə şərhi
- AFFA klubları soyur! - ARAŞDIRMA
- “Botafoqo” “Qarabağ”a ikinci dəfə rəsmi təklif göndərdi
- Adel Amruş: “Hələ də maşında Azərbaycan musiqisinə qulaq asıram”
- “Neftçi” - “Kayrat” oyununun vaxtı müəyyənləşdi
- Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilə həsr olunmuş intellektual yarış keçirilib
- Yuri Vernidub: "Mövsümün sonunda "Neftçi" mütləq ön pillələrdə olmalıdır"
- "Neftçi" qələbəni əldən verdi
- İnternat tipli məktəbin şagirdləri "Qarabağ"ın qonağı olublar
- “Neftçi” qalib gəldi, “Zirə” xal itirdi
- Emin Mahmudov: “Şükür, yaxşı qurtardıq”
- "Neftçi" Rusiya klubu ilə əməkdaşlıq edəcək
-
17:00
“Araz-Naxçıvan”ın üzvləri Uşaq evini ziyarət ediblər
-
16:45
“Qəbələ”dən ayrılan futbolçu I Liqa klubunda
-
15:32
Millimizin yeni üzvləri üçün maarifləndirici seminar keçirilib
-
15:18
"Lənkəran" kanadalı legioneri ilə yolları ayırıb
-
14:57
Fiqurlu konkisürənlərimiz Bolqarıstanda bürünc medal qazanıblar
-
14:24
Bakıda boks məşqçiləri üçün seminar başlayıb
-
14:08
Rəşad Eyyubov: “Bizim üçün çox önəmli toplanışdır”
-
13:41
Azərbaycan klubu basketbolçusu ilə vidalaşıb
-
13:19
"Neftçi"nin Abu Dabi toplanışı davam edir FOTOLENT
-
12:33
"Karvan-Yevlax"dan transfer
-
12:21
"Zirə" Rumıniya təmsilçisi ilə üz-üzə
-
12:17
"Qarabağ" Antalyada "Neftçi" ilə qarşılaşır
-
12:10
"Sumqayıt" Serbiya klubuna qarşı
-
11:56
Millimizdə məşhur baş məşqçi
-
11:42
"İnter" "Napoli" ilə oyunda qələbəni əldən verdi VİDEO
-
11:25
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:08
"Bavariya"dan 8 qollu qələbə VİDEO
-
10:54
Millimizin heyətində dəyişiklik
-
10:31
"Milan" səfərdə xal itirdi VİDEO
-
10:17
Qara Qarayev milliyə təyinat aldı
-
10:00
El-Klasikonu "Barselona" qazandı VİDEO
-
16:05
Güləş üzrə Azərbaycan çempionatına yekun vurulub
-
15:28
Qurban Qurbanov 15 yaşlı futbolçunu əsas komandaya çağırdı
-
11:32
"Atalanta" 3 xalı 2 qolla qazandı VİDEO
-
11:16
Millimizin üzvü Erediviziyada növbəti oyuna çıxdı
-
10:59
"Roma"nın qələbəsi VİDEO
-
10:41
“Karvan-Yevlax” “Səbail”in müdafiəçisi ilə gücləndi
-
10:27
Türkiyə Superkubokunu "Fənərbaxça" qazadı VİDEO
-
10:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
18:00
“Araz-Naxçıvan” gücünü əvəzedicilərə göstərdi
-
17:41
Azər Bağırov məğlubiyyəti şərh etdi: “Yaxşı mübarizə apardıq”
-
16:57
Mbappe “Barselona”ya qarşı oynayacaq?
-
16:35
“Qəbələ” “Kəpəz”ə qalib gəldi
-
16:12
PSJ-nin yarımmüdafiəçisi “Qalatasaray”ın hədəfində
-
15:27
“Mançester Yunayted”in baş məşqçi postuna əsas namizəd müəyyənləşdi
-
15:08
"Qarabağ" da Türkiyəyə getdi
-
14:53
Azərbaycan Voleybol Federasiyası yeniyetmə və gənc qızlar arasında seçimlərə start verir
-
13:39
"Sumqayıt"dan transfer
-
13:14
“Neftçi”nin sabiq müdafiəçisi “Qarabağ”la “Kayrat”ı müqayisə etdi
-
12:46
Qara görə Bundesliqa oyunları təxirə salındı
-
11:21
Göyçayda 4 güləş zalı istifadəyə verilib
-
10:58
Mərakeş Kamerunu mübarizədən kənarlaşdırdı VİDEO
-
10:32
"Zirə" Antalyaya yollandı
-
10:17
“Ayntraxt” - “Borussiya” matçında 6 qol VİDEO
-
09:43
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:20
Seneqal yarımfinalda VİDEO
-
23:12
"Neftçi"dən "Kayrat"a 3 cavabsız qol VİDEO
-
23:01
Rəşad Nəbiyev Şabran Cüdo Təlim Mərkəzinə baxış keçirib
-
22:49
"Naxçıvan" XII turu qələbə ilə başa vurdu
-
21:33
Yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı başa çatıb
12.01.2026
11.01.2026
10.01.2026
09.01.2026























