25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

"Paracüdoçulara Şuşanın azad olunması barədə danışırdım"

"Həqiqətən sevincli və qürurluyuq. Bizim qızlarımız Yaponiyanın paytaxtı Tokiodakı Yay Paralimpiya Oyunlarında çox yaxşı çıxış etdilər".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Report"a açıqlamasında Azərbaycanın qadınlardan ibarət paracüdo üzrə milli komandasının baş məşqçisi Ramin İbrahimov Bakıdakı qarşılanma zamanı deyib.

43 yaşlı mütəxəssis bu yarışadək çox uzun yol qət etdiklərini bildirib: "Çox çətin yollardan və pandemiya dönəmindən keçdik. Mən də 3 dəfə paralimpiadalarda iştirak etmişəm. 4-cü dəfə isə məşqçi kimi qatıldım. Yay Olimpiya və Paralimpiya Oyunlarında zəif idmançı yoxdur. Burada əsas psixoloji hazırlıq önəmlidir. Həmişə şəhidlərimiz haqqında, Şuşanı işğaldan azad etməyimiz barədə qızlara danışırdım. Təlim-məşq toplanışlarında söyləyirdik ki, siz qalib ölkənin idmançılarısınız. Ona görə də möhtəşəm nailiyyət əldə etdik. 6 çəki dərəcəsinin 4-də bizim qızlar qızıl medal qazandı. Yaponlar və digər ölkələrin nümayəndələri bizim qızlarla maraqlanırdı. Onlara dedik ki, qələbəmizin birinci simvolu qalib dövlət olmağımızdır. Qarşılanma mərasimindən sonra isə ilk növbədə şəhidlər xiyabanını ziyarət edəcəyik".

Qeyd edək ki, Tokio-2020 Yay Paralimpiya Oyunlarında Azərbaycanın qadın paracüdoçuları Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq) və Dürsədəf Kərimova (+70 kq) qızıl medal qazanıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30