18 Mart 2026, Çərşənbə
Ayın qolunun müəllifi mükafatlandırıldı
25-ci turun hakim təyinatları
"Neftçi" 89 yaşında!
Ayın qolunun müəllifi mükafatlandırıldı

Digər idman növləri

Tokio-2020: 2 güləşçimizin ilk rəqibləri bilindi

Sabah Tokio-2020-də mübarizəyə başlayacaq güləşçilərimiz Rafiq Hüseynov (yunan-Roma, 77 kq) və Elis Manolovanın (qadın güləşi, 68 kq) ilk rəqibləri müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, bu gün keçirilən püşkatma mərasimindən sonra Hüseynovun 1/8 finalda dünya ikincisi və Avropa üçüncüsü isveçli Aleks Kessidislə qarşılaşacağı dəqiqləşib. Görüş A xalçasında keçiriləcək. Avropa çempionu rəqibinə qalib gəlsə, 1/4 finalda Lamjed Maafi (Tunis) - Akjol Mahmudov (Qırğızıstan) cütünün qalibi ilə qarşılaşacaq.

Manolova isə ilk mərhələdə nigeriyalı Blessinq Oborududu ilə münasibətləri aydınlaşdıracaq. Qarşılaşma B xalçasında baş tutacaq. O, 1/4 finala yüksəlsə, Meerim Jumanazarova (Qırğızıstan) - Mimi Xristova (Bolqarıstan) duelinin güclüsü ilə görüşəcək.

Qeyd edək ki, bu çəkilərdə ilk görüşlər Bakı vaxtı ilə saat 6:30-da başlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31