20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Boksçumuz: "Məqsədim olimpiya çempionu olmaqdır"

"Təbriklərə görə təşəkkür edirəm. Olimpiadaya ciddi hazırlaşırdım, hər gün məşq edirdim. Medalı təmin etdiyim üçün çox sevinirəm".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan boksçusu Alfonso Dominges (81 kq) Tokio-2020 Yay Olimpiya Oyunlarında yarımfinala vəsiqə qazanması barədə danışarkən deyib.

1/4 finalda türkiyəli Bayram Malkana qalib gələrək ən azı bürünc medalı təmin edən idmançı özünü möhtəşəm hiss etdiyini bildirib: "Artıq 2 medalımız var. Birini mən qazanmışam. Azərbaycanı çox sevirəm. Özümü möhtəşəm hiss edirəm".

Dominges görüşün gedişində Malkanla aralarındakı insidentə də toxunub: "Hakimə dedim ki, rəqib başını çox aşağı əyir, döyüşə bilmirəm. Belədə uduza da bilərdim. Ona görə əsəbi idim. Çünki döyüşmək istəyirdim. Hər şey buna görə oldu".

Finala gedən yolda kubalı Arlen Lopeslə qarşılaşacaq boksçi rinqə qələbə üçün çıxacağını söyləyib: "Məqsədim qızıl medal qazanmaqdır. Rəqibim olimpiya çempionu olsa da, rinqə qələbə üçün çıxacağam".

Qeyd edək ki, Domingeslə Lopes arasında yarımfinal döyüşü avqustun 1-də olacaq ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30