8 Yanvar 2026, Cümə axşamı
"Kəpəz" onun transferini açıqladı
Millimiz Danimarka ilə qarşılaşacaq
Rüfət Abdullazadə “Zirə”də
“Qəbələ”dən ilin ilk transferi

Digər idman növləri

Tokio: Sonuncu kişi cüdoçumuz da medal qazana bilmədi

Azərbaycan cüdoçusu Uşangi Kokauri Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

Futbolxeber.az saytının məlumatına görə, +100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı 1/16 finalda Polşa təmsilçisi Matsey Sarnaçki ilə üz-üzə gəlib.

Rəqibinə ipponla qalib gələn Kokauri 1/8 finala yüksəlib.

O, bu raundda braziliyalı Rafael Silva ilə üz-üzə gəlib. Görüşün əsas vaxtın qalib müəyyənləşməyib. Qızıl xal bölümündə rəqibinə vazari ilə uduzan Kokauri olimpiada ilə vidalaşıb. Bununla da 7 kişi cüdoçumuzdan heç biri Tokioda medal qazana bilməyib.

Xatırladaq ki, daha əvvəl Aişə Qurbanlı (48 kq.), Kəramət Hüseynov (60 kq.), Orxan Səfərov (66 kq.), Rüstəm Orucov (73 kq.), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq) və Zelim Kotsoyev (100 kq) də yarışı medalsız başa vurublar.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31