1 Iyul 2025, Çərşənbə axşamı
"Qarabağ" "Zirə"yə qalib gəldi
“Neftçi” “Kappa” ilə anlaşdı
Millimiz darmadağın oldu
"Neftçi"dən daha bir transfer

Digər idman növləri

Tokio-2020: Velosiped yarışında hər 3 medalı eyni ölkənin təmsilçiləri qazandı

Tokio-2020 Yay Olimpiya Oyunları davam edir.

Futbolxeber.az saytının məlumatına görə, qadınlar arasında dağ velosipedi (MTB) yarışına yekun vurulub.

Maraqlıdır ki, 37 idmançının qatıldığı final yürüşündə medalçıların hamısı eyni ölkənin - İsveçrənin təmsilçiləri olub.

Neff Jolanda 1:15:46 göstəriciləri ilə olimpiya çempionu olub. Bu, həm də İsveçrənin Yaponiya paytaxtında qazandığı ilk qızıl medaldır.

Neffin həmyerlisi Frey Sina (1:16:57) gümüş medala sahib çıxıb. Bürünc medal isə digər İsveçrə təmsilçisi İnderqand Lindaya (1:17:05) qismət olub.

Qeyd edək ki, buna qədər İsveçrə idmançıları Tokioda cəmi 2 medal (1 gümüş, 1 bürünc) qazanmışdılar. Medallarının sayını 5-ə (1 qızıl, 2 gümüş, 2 bürünc) çatdıran İsveçrə medal sıralamasında hazırda Fransa və Braziliya ilə birgə 11-13-cü yerləri bölüşdürür.

         

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31