13 Sentyabr 2026, Bazar günü
“Sumqayıt” qəkəbəni əldən verdi
“Tuluza”nın yetirməsi “Sumqayıt”da
“Neftçi” "İmişli"ni məğlub etdi
V turun hakim təyinatları açıqlandı

Digər idman növləri

Daha bir cüdoçumuzdan olimpiadaya erkən vida

Azərbaycan cüdoçusu Murad Fətiyev bu gün Yay Olimpiya Oyunlarında çıxışına başlayıb.

Futbolxeber.az saytının məlumatına görə, 81 kq çəki dərəcəsində yarışan idmançımız 1/16 finalda Syerra-Leone idmançısı Fredrik Harrislə qarşılaşmalı idi. Lakin onun rəqibi tatamiyə çıxmayıb və hakim texniki qələbəni Azərbaycan idmançısına verib.

Fətiyev 1/8 finalda Monqolustan idmançısı Səid Mollaye ilə qarşılaşıb. Əsas vaxtda qalib müəyyənləşməyib. Əlavə vaxtda Mollaye vazari xalı ilə qalib gəlib. Bununla da M.Fətiyev Tokio-2020-də çıxışını başa vurub.

Xatırladaq ki, daha əvvəl yarışa qatılan cüdoçularımızdan Aişə Qurbanlı (48 kq.), Kəramət Hüseynov (60 kq.), Orxan Səfərov (66 kq.) və Rüstəm Orucov (73 kq.) da mübarizəni medal qazanmadan başa vurublar.

Azərbaycan Tokio-2020-yə 9 cüdoçu ilə qatılıb.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30