23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

Çingiz Hüseynzadə: “Sizdən böyük nəticələr gözləyirik”

"Çətin şəraitdir, bir az ağır olacaq. Amma sizdən böyük nəticələr gözləyirik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Tokio Yay Olimpiya Oyunları ilə əlaqədar Yaponiya paytaxtında olan Azərbaycan idmançıları ilə görüşündə deyib.

Olimpiya kəndini bəyəndiyini söyləyən Ç.Hüseynzadə Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimi barədə də fikirlərini bölüşüb: "Bizim idmançılar da paradan keçəcəklər. Onların hamısı indi burada yoxdur. Əsas idmançılarımız, güləşçilər, karateçilər, gimnastlar hələ Tokioya gəlməyib. Onların çıxışları olimpiadanın son günlərində olacaq".

MOK vitse-prezidenti açılış mərasimində Azərbaycanın məhdud sayda heyətlə təmsil olunacağını bildirib: "Bu gün açılışa buradakı idmançılarımız çıxacaq. Biz sabah yarışı olan idmançıları da mərasimə aparmayacağıq. 20-30 nəfərlik nümayəndə heyətimiz açılışda iştirak edəcək. Ümid edirəm ki, bu açılışda heyətimiz çox gözəl və təntənəli şəkildə bizim televiziya tamaşılarının qarşısından keçəcək".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30