8 May 2026, Cümə
XXXI turun hakim təyinatları
Millimiz Litvaya məğlub oldu
“Neftçi” yenidən ilk dördlükdə
"Neftçi"nin şikayəti təmin edilmədi

Digər idman növləri

“Qəbələ” Azərbaycan birinciliyinin qalibi oldu

“Qəbələ”nin yeniyetmələrdən ibarət komandası reqbi-7 üzrə Azərbaycan birinciliyinin qalibi olub.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ilk dəfə təşkil olunan yeniyetmələr arasında birincilik Şəmkirdə baş tutub.

Üç gün davam edən yarış Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Reqbi Federasiyasının birgə təşkilatçılığı ilə keçirilib. “Qəbələ” Şəmkir Olimpiya İdman Kompleksində baş tutan yarışda mübarizə aparan 8 komanda arasında ən yaxşı olub. Komanda Bakı, Gəncə, Sumqayıt, Şəki, Naftalan, Şəmkir və Gədəbəy kollektivlərini üstələyib.

Xatırladaq ki, olimpiya növü olan reqbi-7 üzrə yeniyetmələr arasında yarış Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq, xüsusi karantin rejiminin qaydalarına əməl edilməklə və həkim nəzarəti altında keçirilib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31