2 Fevral 2026, Bazar ertəsi
"Qarabağ" və "Neftçi"dən qələbə
"Sumqayıt"da gözlənilməz ayrılıq
Yuri Vernidubdan qələbə şərhi
ÇL: “Qarabağ” pley-offa yüksəldi

Digər idman növləri

Daha 5 paralimpiyaçımız Tokio-2020-yə lisenziya qazandı

Milli Paralimpiya Komitəsinin (MPK) atletika üzrə milli komandası Tokio-2020 XVI Yay Paralimpiya Oyunlarına lisenziya qazanıb.
 
Futbolxeber.az saytının məlumatına görə, Elvin Astanov, Elmir Cəbrayılov, Səid Nəcəfzadə, Həmid Heydərli bu hüquqa Açıq Avropa çempionatında, Yelena Çebanu isə reytinq xalları qazandıran yarışlarda yiyələnib.
 
Beləliklə, Tokio-2020-də Azərbaycanı təmsil edəcək atletlərin sayı 8-ə çatıb. Daha əvvəl Oluxan Musayev, Kamil Əliyev və Samir Nəbiyev dünya çempionatında göstərdikləri nəticələrə görə Oyunlarda iştirak hüququ əldə ediblər.
 
Musayev, Nəbiyev və Astanov nüvə itələmə, Cəbrayılov və Çebanu qaçış, Əliyev və Nəcəfzadə uzunluğa tullanma, Heydərli isə nizə atma növündə mübarizə aparacaq.
 
Qeyd edək ki, Azərbaycan paralimpiyaçıları indiyədək Tokio-2020-yə 18 lisenziya qazanıblar. Onlardan 8-i atletika, 4-ü para-taekvando, 3-ü üzgüçülük, 2-si güllə atıcılığı və 1-i pauerliftinq növündəndir.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28