25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Rövnəq Abdullayev Marius Vizerlə görüşdü

Macarıstanın Budapeşt şəhərində səfərdə olan Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rövnəq Abdullayev və Beynəlxalq Cüdo Federasiyasının (IJF) prezidenti Marius Vizer arasında görüş olub.

Futbolxeber.az saytının məlumatına görə, görüşdə R.Abdullayev M.Vizeri növbəti 4 il müddətinə dünya cüdo təşkilatının rəhbəri seçilməsi münasibətilə təbrik edib.

O, Azərbaycanda cüdonun inkişafı ilə bağlı həyata keçirilən tədbirlərdən, ölkə idmançılarının Yay Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında qazandıqları yüksək nailiyyətlərdən söhbət açıb.

Ölkədə cüdo idman növünün də zəngin ənənələrə malik olduğunu qeyd edən ACF prezidenti son vaxtlar Azərbaycan cüdoçularının dünyanın müxtəlif ölkələrində keçirilən Böyük Dəbilqə turnirlərində medlallar qazandığını diqqətə çatdırıb.

Səmimi görüşə görə minnətdarlığını bildirən M.Vizer Azərbaycanın artıq bütün dünyada idman ölkəsi kimi tanındığını söyləyib. O, dövlət səviyyəsində Olimpiya Hərəkatı və idmanın inkişafına göstərilən diqqətin dəfələrlə ümumdünya idman təşkilatları və federasiyaları tərəfindən qiymətləndirildiyini bildirib. Azərbaycan cüdoçularının gələcək beynəlxalq yarışlarda, dünya çempionatı və Olimpiya Oyunlarında da uğurla çıxış edəcəyinə ümidvar olduğunu söyləyən IJF prezidenti Bakıda ənənəvi Böyük Dəbilqə yarışlarının hər zaman yüksək səviyyədə keçirildiyini, bu mötəbər turnirdə beynəlxalq və yerli federasiyaların birgə işçi qrupunun səmərəli fəaliyyətini xüsusi vurğulayıb.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30