25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Digər idman növləri

"Formula 1": Bu gün Azərbaycan Qran-prisi start götürür

Bu gün "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start veriləcək.

Futbolxeber.az saytının məlumatına görə, beşinci dəfə təşkil olunacaq yarışın birinci günündə "Formula 2"də sərbəst yürüş və sıralama turu, "Formula 1"də isə 2 sərbəst yürüş gerçəkləşəcək.

Qran-priyə "Formula 2" pilotlarının sərbəst yürüşləri ilə start veriləcək. Günün sonunda "Formula 1"də ikinci sərbəst yürüş başa çatmış olacaq.

Koronavirus pandemiyası səbəbindən Qran-prilərdə şou və əyləncə proqramları keçirilmir.

İlk 5 mərhələdən sonra "Red Bull"un sürücüsü Maks Ferstappen 105 xalla birinci, "Mercedes"dən Luis Hamilton 101 xalla ikinci pillədə qərarlaşıb. İlk "3-lüy"ü 56 xalla "McLaren"in pilotu Lando Norris qapayır.

Komanda hesabında da "Red Bull" 149 xalla bütün rəqiblərini qabaqlayıb. "Mercedes" 148 xalla ikinci, "McLaren" 80 xala üçüncü sırada yer alıb.

Azərbaycan Qran-prisinin proqramı

4 iyun

"Formula-2"

Saat. 10:25-11:10 - Sərbəst yürüş

"Formula-1"

Saat. 12:30-13:30 - I sərbəst yürüş

"Formula-2"

Saat. 14:30-15:00 - Sıralama turu

"Formula-1"

Saat. 16:00-17:00 - II sərbəst yürüş

5 iyun

"Formula-2"

Saat. 11:25-12:15 - Sprint yarışı

"Formula-1"

Saat. 13:00-14:00 - III sərbəst yürüş

"Formula-1"

Saat. 16:00-17:00 - Sıralama turu

"Formula-2"

Saat. 17:40-18:30 - Sprint yarışı

6 iyun

"Formula-2"

Saat. 12:45-13:50 - Əsas yarış

“Formula-1”

Saat. 14:10-14:50 - Pilotların təqdimatı

Saat. 15:44-15:46 - Dövlət Himni mərasimi

Saat. 16:00-18:00. Əsas yarış

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30