16 Aprel 2024, Çərşənbə axşamı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı
XXX turun hakim təyinatları

Digər idman növləri

Rövnəq Abdullayev İcraiyyə Komitəsinə üzv seçildi

İyunun 3-də Macarıstanın paytaxtı Budapeşt şəhərində Beynəlxalq Cüdo Federasiyasının (BCF) konqresi keçirilib.
 
Futbolxeber.az saytının məlumatına görə, qurumun baş toplantısında bütün üzv ölkələrin nümayəndələri, İcraiyyə Komitəsinin üzvləri və digər rəsmilər iştirak ediblər.
 
Ölkəmiz konqresdə Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı ilə təmsil olunub. İlk olaraq Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerin hesabat nitqi dinlənilib. Əsasən cüdonun dünyada geniş təbliği ilə bağlı nəhəng media şirkətləri ilə uğurlu əməkdaşlıqdan, cüdo yarışlarının məlum təqvimindən, cüdonun bütün dünyada inkişaf etdirilməsi üçün müxtəlif dövlətlərə ianələr şəklində ayrılan dəstək, təhsil məsələləri və gələcək hədəflərdən bəhs edilən hesabatdan sonra təşkilatın baş katibi və maliyyə departamentinin rəhbərinin hesabatları dinlənilib. Həmçinin BCF Nizamnaməsinin nizam-intizam və etik kodla bağlı qanunvericilik maddələrində müəyyən dəyişikliklər qəbul olunub. Konqresdə beynəlxalq qurumun prezident seçkiləri baş tutub. Cənab Marius Vizer yeganə namizəd kimi yekdilliklə BCF-in prezidenti seçilib.
 
Daha sonra o, növbəti 4 il ərzində işləyəcəyi İcraiyyə Komitəsi üzvlərinin siyahısını Konqres iştirakçılarının diqqətinə çatdırıb. Azərbaycan Cüdo Federasiyasının prezidenti cənab Rövnəq Abdullayev 2-ci dəfə növbəti dörd il müddətinə Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsinə üzv seçilib. Sonda BCF-nin prezidenti Marius Vizer iştirakçılara gördükləri işlərə görə təşəkkürünü bildirib və konqresin işinə yekun vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30