16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Digər idman növləri

Teymur Rəcəbov dünya çempionuna qarşı

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsi olan "The FTX Crypto Cup"da bu gün yarımfinal görüşləri keçiriləcək.
 
Futbolxeber.az saytının məlumatına görə, 1/4 finalda niderlandlı Aniş Girini mübarizədən kənarlaşdıran 34 yaşlı qrossmeyster finala gedən yolda Karlsenlə üz-üzə gələcək. Rəcəbov ilk matçını qara fiqurlarla oynayacaq.
 
İki gün davam edəcək qarşılaşmaların ardından qalib müəyyənləşməsə, tay-brek oynanılacaq. Bu raundun digər cütündə isə ABŞ təmsilçisi Uesli So rusiyalı Yan Nepomnyaşi ilə qüvvəsini sınayacaq.
 
Yarımfinalda qarşılaşacaqlar
 
Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov (Azərbaycan)
 
Uesli So (ABŞ) - Yan Nepomnyaşi (Rusiya)
 
Qeyd edək ki, Teymur Rəcəbov təsnifat mərhələsində 8,5 xal yığaraq, Karlsenlə 6-7-ci yerləri bölüşüb. Bu nəticə onun 1/4 finala vəsiqə qazanmasına imkan verib. Azərbaycanın digər şahmatçısı Şəhriyar Məmmədyarov isə 7,5 xalla 10-cu yeri tutub və mübarizəni dayandırıb.
 
Turnirin mükafat fondu 220 min ABŞ dolları və 100 min dollar məbləğində bitkoin bonusdur.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30