19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Digər idman növləri

"Formula 1": Azərbaycan Qran-prisinə hazırlıq işləri gücləndirildi

"Formula 1" üzrə Azərbaycan Qran-prisinə hazırlıq işləri davam edir.

Bakı Şəhər Halqasından (BŞH) Futbolxeber.az saytına verilən məlumata görə, növbəti mərhələdə trekin asflat örtüyündə zəruri təmir-bərpa işləri aparılacaq.

Təmir işlərinə mayın 8-də start veriləcək və bu proses nəqliyyatın sıxlığından asılı olaraq müxtəlif fasilələrlə həmin ayın 20-dək davam etdiriləcək.

İşlər ilkin mərhələdə Xaqani, Zərifə Əliyeva və İstiqlaliyyət küçələri ilə Bülbül və Neftçilər prospektlərinin müəyyən hissələrində, həmçinin Aleksandr Puşkin ilə Xaqani küçələrinin, Bülbül prospekti ilə Üzeyir Hacıbəyli küçəsinin və Rəsul Rza küçəsi ilə Neftçilər prospektinin kəsişmələrində əsasən gündüz saatlarında aparılacaq. İş zamanı müəyyən lokal məhdudiyyətlər tətbiq olunacaq, lakin əksər hallarda nəqliyyat fasiləsiz şəkildə hərəkət edə biləcək.

BŞH sakinlərdən təmir-bərpa işlərinin intensiv aparıldığı saatlarda sözügedən ərazilərdə avtomobillərini parklamağı xahiş edib, göstərilən anlayışa və dəstəyə görə əvvəlcədən təşəkkürünü bildirib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 4-6 iyunda keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30