26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Məmmədyarov Aronyanla heç-heçə etdi

Şahmat üzrə dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun 5-ci mərhələsi davam edir.

Futbolxeber.az saytının məlumatına görə, 11-ci turda Azərbaycanın iki şahmatçısı Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov üz-üzə gəlib və heç-heçə qeydə alınıb.

Günün ikinci oyununda Teymur ağ fiqurlarla Sergey Karyakinlə (Rusiya) xalı yarı bölüb. Şəhriyar qaralarla Aryan Tarini (Norveç) məğlubiyyətə uğradıb.

13-cü turda Məmmədyarov prinsipial görüşdə Levon Aronyanla (Ermənistan) qarşılaşıb. Şahmatçımız ağ fiqurlarla oynayıb. Görüş sülhlə başa çatıb. Teymur Rəcəbov isə Le Kuanq Lyemlə (Vyetnam) heç-heçə edib.

Qeyd edək ki, dünya çempionu Maqnus Karlsen istisna olmaqla planetin ən güclü şahmatçıları Rusiyada təşkil olunan İddiaçılar turnirində mübarizə apardığından heyəti o qədər də güclü olmayan "New İn Chess"də 16 iştirakçı qüvvəsini sınayır. 3 gün ərzində dairəvi sistemlə mübarizə aparacaq şahmatçılar 1/4 finala 8 vəsiqənin sahibini müəyyənləşdirəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30