20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

Mariya Stadnik 8-ci dəfə Avropa çempionu oldu

Polşanın paytaxtı Varşavada keçirilən güləş üzrə Avropa çempionatı davam edir.

Futbolxeber.az saytının məlumatına görə, bu gün Azərbaycanın 2 qat dünya və 7 qat Avropa çempionu Mariya Stadnik (50 kq) final görüşünə çıxıb.

İdmançımız qızıl medal uğrunda bolqarıstanlı Miqlena Selişka ilə qarşılaşıb. Rəqibinə 7:2 hesabı ilə qalib gələn Stadnik 8-ci dəfə Avropa çempionu titulunu qazanıb.

Qeyd edək ki, bu gün Səbirə Əliyeva (76 kq) bürünc medal uğrunda Yuliya Leorda (Moldova) ilə qüvvəsini sınayacaq.

Xatırladaq ki, turnirdə bundan əvvəl sərbəst güləşçilərdən Turan Bayramov gümüş, Əfqan Xaşalov, Əli Rəhimzadə və Osman Nurməhəmmədov isə bürünc medal qazanıb.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30