20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Vətən müharibəsi iştirakçısı: "Olimpiadada çempion olmaq istəyirəm"

“Avropa çempionatı mənim üçün çox önəmli idi. Bir ildən artıq idi güləşmirdim. Sonuncu dəfə ötən il Romada keçirilmiş qitə çempionatında iştirak etmişdim".

Futbolxeber.az-ın məlumatına görə, bu fikirləri Polşanın paytaxtı Varşavadakı Avropa çempionatında bürünc medal əldə edən Azərbaycanın sərbəst güləşçisi Əfqan Xaşalov federasiyanın rəsmi saytına açıqlamasında deyib.

57 kq çəki dərəcəsində çıxış edən idmançı Avropa çempionatı ərəfəsində Kiyev turnirinə qatıldığını xatırladıb: "Həmin yarışda məğlub olduğum belaruslu güləşçiyə burada qalib gəldim. Əlbəttə, forma yığmaq üçün zaman lazım idi. Ancaq bunun üçün vaxtımız çox az idi. Məşqçilərimiz sağ olsun. Yaxşı təlim-məşq toplanışı keçdik. Şükürlər olsun ki, medalsız qalmadım. Qismət olsa, olimpiya çempionu olmaq istəyirəm. Bayrağımızı orada da dalğalandırmağı arzulayıram".

Xaşalov yarışın ağır keçdiyini söyləyib: "Çünki çoxdandır güləşmirdim və çəki salmırdım. Yarımfinalda Rusiya güləşçisi ilə görüşdə vaxta görə yanıldım. Elə bildim ki, hələ zamanım var. Fəndi axıra kimi icra edə bilsəydim, finala çıxardım. Uzun müddət məşqlərdən uzaq qalmağın da müəyyən qədər rolu oldu. Ancaq səhvlərimin üzərində işləyib, onları aradan qaldırmaq üçün vaxtımız var”.

Qeyd edək ki, Əfqan Xaşalov Vətən müharibəsi iştirakçısı olub.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30