19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Fariz Nəcəfov Nəriman Abbasovla görüşdü

“Qəbələ”nin prezidenti Fariz Nəcəfov MMA döyüşçüsü Nəriman Abbasov və məşqçisi Şəhriyar Abbasovla görüşüb.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə. görüşdə "Qəbələ" idmançısının “AMC Fight Night100” çərçivəsində rusiyalı Şamil Amirovla keçirdiyi döyüş barədə fikir mübadiləsi aparılıb.

Klub prezidenti Rusiyanın paytaxtı Moskvada keçirilən qarşılaşmada qələbə qazanaraq yüngül çəkidə (70,3 kq) çempion titulunu qoruyan Nərimanı təbrik edib, ona gələcək döyüşlərində uğurlar arzulayıb: “Hər bir azərbaycanlı çalışdığı sahədə ölkə üçün faydalı olmağa səy göstərməlidir. Nəriman da əlindən gələnin ən yaxşısını bu döyüşdə nümayiş etdirərək ölkəmiz və klubumuz adına qələbə qazandı”.

Nəriman Abbasovla məşqçisi Şəhriyar Abbasov “Qəbələ” İdman Klubuna göstərdiyi dəstək üçün təşəkkür ediblər. Onlar vurğulayıblar ki, əsas məqsədləri uğurlarını daha da artırmaq, üçrəngli bayrağımızı daim zirvələrdə dalğalandırmaqdır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30