29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

FİDE-nin yeni reytinqi: Şəhriyar irəlilədi, Teymur mövqeyini qorudu

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq siyahısını açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, ilk "10-luq"da Azərbaycanın 2 təmsilçisi yer alıb.

Şəhriyar Məmmədyarov bir pillə irəliləyərək 2770 xalla 8-ci yerə yüksəlib. 9-cu sıradakı ABŞ təmsilçisi Uesli Sonun da eyni xalı var. 2765 xalı olan Dünya Kubokunun qalibi Teymur Rəcəbov isə 10-cu yerdə qalıb.

Qədir Hüseynov (2665) və Nicat Abbasov (2664) isə bir pillə geriləyiblər. Onlar müvafiq olaraq, 72 və 75-ci yerlərdə qərarlaşıblar. Rauf Məmmədov (2654) isə 93-cü yerdən 90-cı yerə enib.

Siyahıda ilk “üçlük” dəyişməyib. Norveçli dünya çempionu Maqnus Karlsen (2847) birinci, Fabiano Karuana (ABŞ, 2820) ikinci, Dinq Liren (Çin, 2791) üçüncüdür.

Qadın şahmatçılardan isə Günay Məmmədzadə 1 pillə geriləyərək 2443 xalla 29-cudur. 1 pillə irəliləyən Gülnar Məmmədova 2382 xalla 79-cu sıraya yüksəlib. 2376 xalı olan Xanım Balacayeva isə 89-cu pillədə qalıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31