23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

Şahmatda Azərbaycan-Ermənistan finalı?

Onlayn formatda blits şahmat üzrə “Airthings Masters” turnirində iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov bu gün növbəti görüşünü keçirəcək.

Futbolxeber.az saytının məlumatına görə, 33 yaşlı qrossmeyster yarımfinalda ikinci dəfə rusiyalı həmkarı Daniil Dubovla üz-üzə gələcək. İlk dueldə rəqibinə 3:1 hesabı ilə qalib gələn Rəcəbovu finala çıxmaq üçün heç-heçə də qane edəcək.

Digər yarımfinal görüşündə Ermənistan təmsilçisi Levon Aronyanla Maksim Vaşye-Laqrav qarşılaşacaq. Aronyan da bu mərhələnin ilk qarşılaşmasında rəqibini eyni hesabla məğlub edib.

Beləliklə, bugünkü nəticələrdən sonra finalda Azərbaycan-Ermənistan dueli baş tuta bilər.

Qeyd edək ki, turnirə yanvarın 3-də yekun vurulacaq. Mükafat fondu 200 000 min ABŞ dolları olan yarışın qalibi 60 000 ABŞ dolları qazanacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30